Karyera planlama

25.10.2017

“Atəşgah” SŞ-i strateji kadr siyasətinə uyğun olaraq gənclərimizə dəstək olmaq məqsədilə yeni “Karyera planlama” proqramının icrasına başladı. Gənclərimizə dəstək olub, onların işgüzar həyatına atdığı addımlarda düzgün istiqamətləndirmək üçün layihə ilk olaraq ASAN Könüllülər Məktəbinin “ASAN kadr” karyera mərkəzinin dəstəyi ilə, 23 oktyabr tarixində öz işinə başladı. Proqram çərçivəsində yeni məzun və hazırda təhsil alan tələbələr üçün bir neçə mövzularda 4-6 günlük təlimlər keçirilir. Təlimi “Karyera planlaşdırılması”, “Natiqlik” “DİSC modulu” “İş mühitində korporativ etika” “Müsahibəni uğurla keçmək”, “Psixotiplərin təyini”, “Təqdimat bacarıqları” mözvularını əhatə edir. Layihə çərçivəsində təlimçi qismində “Atəşgah” SŞ-nin əməkdaşı Şamo Mürşüdov iştirak edir.