Sığorta bazarında son vəziyyət – STATİSTİKA

23.09.2016

Bu ilin yanvar-avqust aylarının nəticələrinə əsasən Azərbaycan sığorta bazarında şirkətlərin vəziyyəti məlum olub. Sığorta bazarında ən çox sığorta haqqı toplayan 5 şirkət dəyişməyib. 

Bu şirkətlərin topladığı sığorta haqları ümumilikdə sığorta bazarının 61,3 %-ni təşkil edib. Belə ki, bazar üzrə ümumi yığımların həcmi  356,18 milyon manat olduğu halda,  5 şirkətin topladığı sığorta haqqlarının cəmi isə 218,30 milyon manat olub. Ötən illə müqayisədə sığorpta bazarındakı ilk 5-liyin ümumi bazar payı artıb. Belə ki, ötən il ilk 5 yeri tutan şirkətin yığımları bazarın cəmi 46,2%-ni təşkil edirdi. 2015-ci ilin yanvar-avqust aylarında həcmi 312,8 milyon manata çatan sığorta bazarında yığımların 144,5 milyon manatı bu şirkətlərin payına düşmüşdü. (Fins.az)