Aramızda olan bəyaz qəhrəmanlar.

18.06.2020

Dünya həkimləri və elm adamları səfərbər olub koronavirus pandemiyasını dayandırmağın və virusa qalib gəlməyin yollarını axtarmağa davam edirlər. Ölkəmizdən də yan keçməyən bu virus əhaliyə və iqtisadiyyata mənfi təsirlərini göstərməyə davam edir.

Uzun illərdir Tibbi sığorta növləri üzrə xidmət göstərən “Atəşgah” Sığorta Şirkətinin işçi heyətinin üzvləri də COVİD-19 virusu ilə mübarizədə öz həyatlarını riskə ataraq bu virusdan əziyyət çəkən xəstələrin müalicə prosesində aktiv iştirak edirlər. Şirkətin “Tibbi yardımın təşkili şöbəsi”nin 3 həkim-operatoru Aysel Mamedova, Şəhla Əsgərova və Reyhanə Azadəliyeva “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”nin (TƏBİB) təyinatı ilə Bakı şəhəri və Qobustan rayonunda yerləşən tibb məntəqələrində koronavirusa yoluxan xəstələri müalicə etməyə davam edirlər. Həmçinin, qeyd olunan əməkdaşlar “Atəşgah” SŞ-də fəaliyyətlərini “distant”, yəni evdən davam etdirirlər.  

“COVİD-19 virusuna yoluxmamaq üçün hərkəsin daha məsuliyyətli olaraq, qoruyucu maskalardan istifadə etməli olduqlarını və ictimai yerlərdə məsafə saxlamağın çox vacib olduğunu bir daha xatırlatmaq istərdik”-deyə “Atəşgah” SŞ-nin əməkdaşları qeyd ediblər.

Bu dövrlərdə vətəndaşların sağlamlığının və maliyyə stabilliyinin qeydinə qalaraq “Atəşgah” SŞ-nin hazırladığı yeni “Antikoronavirus” sığorta məhsulu yoluxma riskinin yüksək olduğu mühitdə COVİD-19 infeksiyası ilə bağlı itirə biləcəyimiz gəlirlərin əvəzinin ödənilməsini nəzərdə tutur.

Sizi də Ümumdünya Səhiyyə Təşkilatı, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin koronavirus ilə bağlı əhaliyə verdiyi tövsiyələrə ciddi yanaşaraq özünüzün, ətrafınızdakı insanların və qəhrəmancasına yüzlərlə həyat xilas edən həkimlərin həyatını və sağlamlığını təhlükəyə atmamağa çağırırıq!