“Atəşgah” dan yeni sərfəli təklif!

18.07.2017

“Atəşgah” Sığorta Şirkəti (SŞ) müştərilərinə yeni “Arxayın səyahət” sığorta paketini təklif edir. İndi xaricə səfər edənlər üçün nəzərdə tutulmuş mövcud məhsula iki əlavə sığorta xidməti də daxil edilib. Bu əmlak və avtomobilin kasko sığortasıdır.

Cəmi 5 AZN dəyərində olan bu məhsullardan yalnız “Atəşgah” SŞ-dən səyahət sığortası əldə etmiş müştərilər yararlana bilər. Bu sığorta məhsulu üzrə “Əmlak sığortası” xidməti  üzrə təminat  5000 AZN, kasko üzrə 3000 AZN təşkil edir. 

Qeyd edək ki, hər iki xidmət üzrə əmlaka və ya avtomobilə baxış keçirməyə ehtiyac yoxdur.

Əlavə sığorta xidmətləri yalnız “Atəşgah” Sığorta Şirkətinin Səfər sığortası şəhadətnaməsi  bağlandığı zaman etibarlıdır.

Bundan əlavə, yay mövsümü ilə əlaqədar tətil, eləcə də ezamiyyətə hazırlaşanlar indi səyahət sığortasını endirimlə əldə edə bilər. Səyahət  sığortasını www.ateshgah.com saytı  vasitəsilə əldə etmiş hər bir müştəri ödədiyi məbləğdən asılı olmayaraq, elə həmin anda 30% endirimdən yararlanacaq. 

Bugün xaricə gedənlərin sığorta polisi (travel insurance) daha da aktuallaşmaqdadır. Bu cür sığorta şəhadətnaməsinin əldə edilməsi sığorta olunan şəxsə xarici ölkələrdə olarkən təcili və təxirəsalınmaz tibbi xidmətlərə zərurət yarandığı zaman lazımi maliyyə müdafiəsinə təminat verir.