“Atəşgah Həyat” Sığorta Şirkəti İcbari Sığorta Bürosunun (İSB) iştirakçı sığortaçıların reyestrinə daxil edilib. İSB-dən Fins.az –a verilən məlumata görə, şirkət Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinin razılıq məktubuna əsasən, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” növünü həyata keçirmək üçün İSB-yə üzv qəbul olunub.