“Atəşgah Həyat” SŞ iri sığorta ödənişləri həyata keçirib

28.08.2018

Azərbaycan sığorta bazarının liderlərindən biri “Atəşgah” Sığorta Qrupuna daxil olan “Atəşgah Həyat” şirkəti 2018-ci ilin birinci yarimilliyi ərzində İpoteka həyat sığortası və İstehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə bir sıra iri ödənişlər həyata keçirib.

Belə ki, ipoteka həyat sığortası üzrə sığorta olunan şəxs arteriyaların emboliyası və trombozu səbəbilə vəfat etmiş, nəticədə həmin şəxsin ipoteka krediti üzrə 20 967 AZN məbləğində sığorta ödənişi “Atəşgah Həyat” SŞ tərəfindən həyata keçirilmişdir. İpoteka krediti üzrə həyat sığortası olan digər şəxsə sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə birinci dərəcəli əlillik təyin edilməsi səbəbindən şirkət sığorta olunana ipoteka krediti üzrə 26 917 AZN ödəniş etmişdir.

Bundan əlavə, eyni dövr ərzində istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə sığortalanan elektrik mühəndisinin elektrik xətlərinin təmiri zamanı cərəyan vurması nəticəsində vəfatı hadisəsinə görə faydalanan şəxslərə ümumilikdə 41 784 AZN məbləğində sığorta ödənişi edilmişdir. Şirkət həmçinin tikintidə çalışan və istehsalat qəzası nəticəsində vəfat etmiş şəxsin faydalanan şəxslərinə 12 130 AZN ödəniş etmişdir.