«Atəşgah» İslam Həmrəyliyi Oyunlarının bir neçə təşkilatçısını sığortaladı

11.05.2017

Azərbaycanın ən iri sığortaçılarından biri olan «Atəşgah» SŞ  İslam Həmrəyliyi Oyunlarının keçirilməsində iştirak edən bir neçə təşkilatçı şirkətləri 1 000 000 ABŞ dolları məbləğində sığortalayıb.

Kütləvi tədbirlərin həyata keçirilməsi ilə məşğul olan təşkilatçıların məsuliyyətinin sığortası Azərbaycanda nisbətən yeni və aktiv inkişaf edən sığorta növlərindəndir.

Bu sığortanın məqsədi Sığortalının öz sahibkarlıq fəaliyyətini həyata keçirdiyi zaman baş vermiş hadisə (qəza) nəticəsində üçüncü şəxslərin ölümü, bədən xəsarəti və ya əmlakına dəyən zərərə, həmçinin öz işçilərinin ölümünə və bədən xəsarətinə görə Sığortalının qanunvericiliklə nəzərdə tutulmuş təzminatlarının ödənilməsidir.

Kütləvi tədbirlər zamanı gözlənilməz bədbəxt hadisələr baş verə bilər - tamaşaçı, idmançı və digər iştirakçıların həyatına, sağlamlığına və ya əmlakına ziyan dəyə bilər. Bu cür hadisələr təşkilatçının hətta müflisləşməsinə səbəb ola biləcək əhəmiyyətli itkilərə gətirib çıxara bilər. Belə halların qarşısını kütləvi tədbirlərin təşkili ilə məşğul olan şirkətlərin mülki məsuliyyətlərini sığortalamaqla almaq olar.