Sarı - məhsulu üzrə cəmi 19 AZN ödəməklə müştəri, qarşı tərəfin zərəri 5000 AZN-i keçdikdə belə əlavə xərc çəkmir, çünki şirkətin bu məhsulu AVSMMİS-nın “davamı”dır və sığorta təminatının 10,000 AZN –dək artırılmasını nəzərdə tutur.
Narıncı - məhsulu üzrə 19 AZN ödəməklə müştərinin günahı olmadan, digər nəqliyyat vasitəsi ilə toqquşma nəticəsində, öz avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi üçün də əlavə 5000 AZN ödəniş əldə edə bilər.
AL - “Sarı” və “Narıncı” məhsullarını özündə birləşdirən “Al” paketi isə müştərilərə ikiqat üstünlük qazandırır. Cəmi 36 AZN, ödəməklə müştərinin öz avtonəqliyyat vasitəsinə və yaxud qarşı tərəfin avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə əlavə 5000 AZN təminat əldə etmək mümkün olacaq.
Məhsullar haqqında ətraflı məlumat əldə etmək üçün, saytın “Fiziki şəxslərə” bölməsinə keçid edə bilərsiniz.