“Atəşgah Sığorta” ən böyük ödənişini açıqladı

03.03.2016

“Atəşgah” sığorta şirkəti fevral aylarında ən böyük ödənişini açıqlayıb.Şirkətdən fins.az-a verilən məlumata görə, ay ərzində ən böyük ödəniş avtomobilin könüllü sığortası ilə bağlı olub. Sığorta hadisəsi yanvar ayının 3-də İsmayıllı rayonunun Gəndab kənd yolunda baş verib. Qarlı hava şəraiti və yolun buz bağlaması nəticəsində “Honda CRV” avtomobilinin sürücüsü idarəetməni itirib və avtomobil aşıb. Avtomobilin təmir xərclərilə bağlı sığorta şirkəti 7900 manat məbləğində ödəniş edib.