“Atəşgah” Sığorta Şirkəti 25 illik yubileyi münasibəti ilə «Yaşıl dünyanı yarat» adlı ağacəkmə tədbirlərinə başladı

02.04.2021

Sığorta sahəsində peşəkar biliklərə malik təcrübəli işçi heyəti və əhaliyə göstərdiyi yüksək səviyyəli xidmətləri ilə hər zaman ilklərdən olan “Atəşgah” Sığorta Şirkəti fəaliyyətinin 25-ci ildönümündə «Yaşıl dünyanı yarat» şüarı altında ağacəkmə kampaniyalarının keçirilməsinə başlayıb.

“Atəşgah” Sığorta Şirkəti 25 illik fəaliyyət dövrü ərzində hər zaman əsas tutduğu vizyonu çərçivəsində və ölkəmizin ekoloji problemlərinin həllində dəstək olmaq məqsədi ilə ağacəkmə, iməclik, “trashtag” kimi bir çox kampaniyalar təşkil edib. 

Xocasən qəsəbəsi ərazisində “Atəşgah” Sığorta Şirkətində çalışan eko-könüllülər tərəfindən əkilən ağaclar bir neçə il sonra böyüyərək göz oxşamaqla yanaşı, həm də ölkənin yaşıllıq zolaqlarının artmasında da mühüm rol oynayacaq.  İl ərzində keçiriləcək bu tədbirlər Azərbaycan təbiətinin yaxşılaşmasına böyük köməklik göstərəcək.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə böyük quruculuq, abadlıq işləri həyata keçirilir. Bu istiqamətdə aparılan işlərin əsas məqsədi insanların yaxşı ekoloji mühitdə, təmiz hava şəraitində yaşamasının təmin edilməsidir. Bu ağacların əkilməsi həmin məqsədə xidmət göstərir. 

Həmçinin, bir müddət öncə Ölkə Başçısının “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”-in təsdiq edilməsi haqqında imzaladığı sərəncama əsasən qeyd olunan konsepsiya çərçivəsində beş Milli Prioritetdən biri olan  “təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” və “Atəşgah” Sığorta Qrupunun yeni tərtib olunacaq ESG-inkişaf strategiyasına uyğun olaraq bu kimi tədbirlər davamlı olaraq təşkil olunacaq.

Xatırladaq ki, hal-hazırda “Atəşgah” SQ Azərbaycanın TOP-2 sığorta qrupları sırasına daxildir.

Yüksək etibarlılıq imicinə  malik olan “Atəşgah” Sığorta Şirkəti 1996-cı ildən, “Atəşgah Həyat” Sığorta Şirkəti isə 2008-ci ildən fəaliyyət göstərir.