“Atəşgah” Sığorta Şirkəti 5 AZN dəyərində olan “5-lik” məhsulunun buraxılışını elan etdi

31.10.2013

Azərbaycanın ən iri sığortaçılarından biri olan “Atəşgah” Sığorta Şirkəti  yeni  “5-lik” adlı  məhsulunu istifadəyə verib.

 Şirkətin bu yeni məhsulu bir növ avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının  (AVSMMİS) “davamı”dır.

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası  (AVSMMİS) mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.

 

“5-lik” məhsulu YNH nəticəsində nəqliyyat vasitəsinin sürücüsü və onun yanında oturan sərnişinin həyata və sağlamlığa vurulan zərərin sığorta təminatıdır. Bundan əlavə, ehtiyac olduğu təqdirdə avtomobilin evakuasiyası xidməti də nəzərdə tutulub.

“5-lik” məhsulunun qiyməti cəmi 5 AZN təşkil edir.  Sığorta təminatı isə 1000 AZN təşkil edir. Bu məhsulu əldə etmək üçün “Atəşgah” SŞ-nin Bakıda yerləşən istənilən ofislərindən birinə və yaxud (012) 940 əlaqə nömrəsinə zəng etməklə AVSMMİS şəhadətnaməsini sifariş etmək lazımdır.