“Atəşgah” Sığorta Şirkətində Direktorlar Şurası yanında Təşkilati və Dayanıqlı inkişaf üzrə Komitə yaradıldı!

03.04.2023

2022-ci ilin sonunda “Atəşgah” Sığorta şirkətinin növbəti 3 il üçün inkişaf strategiyası təsdiqlənmişdir. Strategiya Şirkətin sığortalamanın ənənəvi seqmentləri və növlərində həm sığorta mükafatlarının göstəriciləri üzrə dayanıqlı inkişafını, eləcə də ümumilikdə biznesin maliyyə nəticələrinin artımını nəzərdə tutur. Strategiyada nəzərdə tutulmuş başlıca vəzifələr biznesin səmərəliliyinin artırılmasından və strateji hədəflərin icrasının əsas resursu kimi insan kapitalının inkişafına diqqətin gücləndirilməsindən ibarətdir.   

Əsas diqqət mərkəzi müştəriyə, xidmət keyfiyyətinin və səviyyəsinin yüksəldilməsinə yönəldilməlidir. Bizim komandamız qəbul edilən qərarlara və işimizin nəticələrinə görə yüksək məsuliyyət hissinə malik olmalıdır. Resursların səmərəli istifadəsi mədəniyyəti, işin hər sahəsinin effektivliyi, şəxsi səmərəlilik daimi hədəflərə çevrilməlidir. 

Bizim üçün vacib hesab olunan idarəetmə və insan kapitalının inkişafı mövzularını yeni inkişaf mərhələsinə çıxarmaq, korporativ mədəniyyətin davamlı inkişafının və dayanıqlı inkişafın təmin edilməsi məqsədilə hesab edilir ki ki, sözügedən məqsədlərin əsas prioritet kimi müəyyən edilməsi və Direktorlar Şurası tərəfindən onların həyata keçirilməsinə nəzarətin təmin edilməsi düzgün və zamanında atılmış addımdır. Bu məqsədlə Şirkətdə Direktorlar Şurası yanında Təşkilati və Dayanıqlı inkişaf üzrə Komitə yaradılır. Komitənin vəzifələri bütün qeyd olunan istiqamətlərin sistemli inkişafının təmin edilməsindən ibarət olacaq. 

Şirkətin səhmdarları bu təşəbbüsü dəstəkləyərək Şirkətin təşkilati və dayanıqlı inkişaf üzrə direktoru vəzifəsinə Sevinc Məmmədovanı dəvət etmişdir. Sevinc Məmmədova eyni zamanda Şirkətin Təşkilati və Dayanıqlı inkişaf üzrə Komitəsinə rəhbərlik edəcək. Sevinc xanım ölkəmizin dövlət qurumlarında, o cümlədən Xarici İşlər Nazirliyində, son 5 il ərzində isə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Ticarət Nümayəndəliyində çalışmış, bundan əlavə beynəlxalq maliyyə institutlarında və kommersiya sektorunda fəaliyyət göstərmiş şəxs kimi böyük və zəngin iş təcrübəsinə malikdir.

"Atəşgah" Sığorta Şirkəti adından Sevinc xanıma peşəkar fəaliyyətində bol uğur və müvəffəqiyyət arzu edirik!