Martın 16-da “Atəşgah Sığorta” şirkətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Fins.az-ın şirkətə istinadən yaydığı məlumata görə, yığıncaqda “Atəşgah Sığorta”nın müstəqil auditor və Təftiş Komissiyasına üzv seçiləcək, onun nizamnaməsinə dəyişiklik təsdiq ediləcək. Toplantı şirkətin Bakı şəhəri, Nərimanov rayonu, Nəsib bəy Yusifbəyli küçəsi, 75B ünvanında yerləşən baş ofisində olacaq.