“Atəşgah” Sığortanın Xaçmaz filialı yeni ünvanda!

02.02.2023

“Atəşgah” Sığortanın Xaçmaz filialı yeni ünvanda!

Artıq 26-cı fəaliyyət dönəmini qeyd etmiş “Atəşgah” Sığorta Şirkətinin Xaçmaz filialı yeni ünvana köçüb.

Qeyd edək ki, öncəki Xaçmaz filialı Xaçmaz rayonu, Üzeyir Hacıbəyov 120 ünvanında yerləşirdi. Yanvar ayından etibarən Şirkətin Xaçmaz filialı Xaçmaz rayonu, Hacı Zeynalabdin Tağıyev 68 ünvanında müştərilərə xidmət göstərir.

Azərbaycan Sığorta Bazarının liderlərindən olan “Atəşgah” Sığorta müştərilərinə daha əlçatan olmaq və çevik xidmət göstərmək naminə 50-ə yaxın fərqli sığorta növü təklifi ilə 12 ofisdə fəaliyyət göstərir!