“Atəşgah” SŞ noyabr ayı üzrə ən böyük ödənişini açıqlayıb

16.12.2015

“Atəşgah Sığorta” şirkəti noyabr ayı üzrə ən böyük ödənişini açıqlayıb. Sığorta ödənişi avtomobilin könüllü sığortası üzrə verilib. Belə ki, avqustun 21-də Şamaxı-Pirqulu yolunda avtomobil qəzası baş verib. “Range Rover Sport” markalı avtomobilin sürücüsü idarəetməni itirərək maşını yolun kənarındakı yarımtikiliyə çırpıb. Qəza nəticəsində avtomobilin sol ön hissəsi yararsız hala düşüb. Sığorta şirkəti avtomobilin təmir xərcləri üzrə müştəriyə 42.500 manat məbləğində ödəniş verib.