Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101-ci ildönümü ərəfəsində “Atəşgah” Sığorta Qrupunun bir qrup əməkdaşı Heydər Əliyev və Atatürk zirvələrini fəth ediblər. 12 May tarixində baş tutmuş yürüş 2200 metr yüksəkliyində yerləşən baza düşərgəsindən saat 05:00-da başlayıb, həmin gün saat 12:00-da başa çatıb.
Zirvəni uğurla fəth edən əməkdaşlar Azərbaycanın və “Atəşgah” SQ-nun bayraqlarını ucaldıblar. “Atəşgah” SQ komandası artıq ənənə halını almış bu təşəbbüsü ilə şirkətin fəaliyyət prinsipinin tərkib hissəsi olan və daim əməl etdiyi “tariximizə ehtiram və vətənpərvərliyin təbliği” missiyasını həyata keçirmiş oldu.
Xatırladaq ki, “Atəşgah alpinist klubu”-nun üzvləri 2010-cu ildən bəri mütəmadi olaraq Heydər zirvəsi, Şahdağ zirvəsi, Bazardüzü, Savalan və digər yüksəkliklərə yürüşlər etmişlər