Hamı bu sığorta şirkətlərindən danışır – TOP-10

05.01.2017

Media Consulting & Services media monitorinq qrupu dekabr ayında sığorta şirkətlərinin media aktivliyi üzrə reytinqini açıqlayıb. Monitorinq qrupundan fins.az-a verilən məlumata görə, mətbuatda sığorta sektoru üzrə 2182 məlumat yayımlanıb.Ötən ay haqqında ən çox məlumat yayılan şirkət «PAŞA Həyat» olub.Onun adı mətbuatda 180 dəfə çəkilib. Sonrakı yeri 168 məlumatla «Atəşgah» və 158 məlumatla «AzSığorta» şirkətləri tutur.