İcbari Sığorta Bürosunun rəhbərliyində dəyişikliklər olub. Fins.az-ın məlumatına görə, noyabrın 29-da Büronun Himayəçilərin Şurasının yeni sədri “Axa Mbask” Sığorta Şirkətiinin İdarə Heyətinin sədrinin birinci müavini Gözəlova Lana Çingizovna, sədr müavini isə “Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinin sədri Səfərov Tələt Abbasqulu oğlu seçilib. Dekabr ayının 8-də isə Ədliyyə Nazirliyində təsdiq edilərək dövlət reyestrinə daxil edilib. Qeyd edək ki, sədr və sədr müavinləri növbəti 5 il müddətinə seçiliblər.
Himayəçilər Şurasının üzvləri isə ”PAŞA Sığorta” şirkətinin idarə heyətinin sədri Cabbarova Ülviyyə Kərim qızı, MBNP-nin Hüquq və İcraat Departamentinin Hüquqi Təminat İdarəsinin rəisi Babayev Nurlan Bəxtiyar oğlu və MBNP-nin Strateji Xidmətlər Departamentinin Strateji Təhlil və Risklərin İdarəedilməsi İdarəsinin böyük analitiki İsmayılov Orxan Vilayət oğlu təsdiqlənib.