İlin ən böyük sığorta ödənişləri: "ATƏŞGAH" - 173,9 min AZN

08.01.2014

Fins.az ölkənin sığorta şirkətlərinin müxtəlif sığorta növləri üzrə 2013-cü il ərzində həyata keçirdiyi ən böyük sığorta ödənişlərini təqdim edir.
Başa çatmaqda olan il ərzində “Atəşgah” sığortas şirkətinin həyata keçirdiyi ən böyük sığorta ödənişi - 173 930 AZN təşkil edib. Şirkətdən fins.az-a verilən məlumata görə, bu məbləğ daşınmaz əmlakın sığortası növü üzrə baş verən sığorta hadisəsi üzrə - ticarət obyektini su basmasına görə ödənilib. Hadisə fevral ayında Bakıda baş verib.