«Yaşıl Kart»a yaşıl işıq – TƏLƏBLƏR YERİNƏ YETİRİLDİ

04.11.2015

İcbari Sığorta Bürosu (İSB) Bürolar Şurasının maliyyə tələblərini təmin edib. 29 Oktyabr 2015-ci il tarixində İcbari Sığorta Bürosu tərəfindən Yaşıl Kart Sisteminin “Bürolar Şurasının keçici statuslu üzvlərinə qarşı maliyyə təminatı tələbləri”-nə əsasən müəyyən edilmiş 5 milyon avro məbləğində bank zəmanəti, həmçinin təkrarsığorta proqramı Bürolar Şurasına təqdim edilib və Bürolar Şurası tərəfindən qəbul olunub. Hal-hazırda İcbari Sığorta Bürosu ilə Yaşıl Kart sisteminə daxil olan digər üzv dövlətlər arasında ikitərəfli sazişlərin imzalanması mərhələsinə başlanılıb.

Fins.az