Yeni ilin ilk qəzası – «AUDİ»YƏ 42500 MANAT ÖDƏNİŞ

02.02.2016

“Atəşgah Sığorta” yanvar ayında ən böyük ödənişlərini açıqlayıb. Şirkətdən fins.az-a verilən məlumata görə, ən böyük ödənişlər avtomobil qəzaları ilə bağlı olub. iki avtomobilə görə, ümumilikdə 59 229 manat sığorta pulu verilib.

Bahalı “Hyundai” avtomobilinə 16 729 manat ziyan

Sığorta hadisələrindən biri ötən il iyunun 6-da Bakı şəhəri, Binəqədi şossesində baş verib. Könüllü sığorta növü üzrə sığortalanmış “Hyundai Genesis” “İJ 2717” markalı avtomobillə toqquşma nəticəsində zədələnib. Həmin hadisə üzrə müştəriyə 16 729 manat məbləğində sığorta ödənişi verilib.

Yeni ilin ilk günü 42500 manat ziyana düşdü

Sığorta hadisələrindən biri yeni ilin ilk günü Bakı şəhərində baş verib. Ağaoğlu küçəsi ilə Təbriz küçəsinin kəsişməsində kasko sığortalı “Audi A5” avtomobili qəzaya uğrayıb. Sükan arxasından sürücünün diqqəti yayınıb və qarşıdan gələn “Mitsubishi Pajero” avtomobilini vurub.

Avtomobilin diskləri əyildiyindən o yenidən ikinci dəfə digər ” İveco” markalı avtomobillə toqquşub.Qəza nəticəsində avtomobilin ön hissəsi tamamilə sıradan çıxıb. Dəymiş zərərlə bağlı avtomobilin sahibinə 42 500 manat məbləğində sığorta ödənişi verilib.