Həyat sığortası böhran sınağından necə çıxıb? – TƏHLİ

25.01.2017

2016-cı ilin nəticələrinə əsasən həyat sığorta bazarının vəziyyəti məlum olub. Fins.az-ın sığorta şirkətlərindən əldə etdiyi məlumata əsasən bu sığorta bazarı iqtisadi böhrana baxmayaraq ötən il böyüməyi bacarıb. Sığorta yığımları 25% artaraq 146,033 milyon manat olub. 2015-ci ildə 3 həyat sığorta şirkətinin ümumi yığımları 116,478 milyon manat təşkil etmişdi.

Sığorta yığımlarından fərqli olaraq ödənişlərin dinamikası daha yüksək olub. Belə ki,ötən il sığorta yığımları 77% artaraq 92,511 milyon manat təşkil edib. 2015-ci ildə həyat sığortası üzrə ödənişlərin ümumi həcmi 52,223 milyon manat olub. 

“PAŞA Həyat”ın yığımları 42% artıb

Fins.az-ın məlumatına görə, yığımların və ödənişlərin həcminə görə, “Paşa Həyat” sığorta şirkəti liderdir. Şirkətin yığımları 2015-ci illə müqayisədə 42% artaraq 77,679 milyon manat olub. Ödənişlərin həcmi 2,8 dəfə artaraq 45,907 milyon manata yüksəlib. Sığorta şirkəti yığımların həcminə görə  həyat bazarının 53%-nə, ödənişlərə görə 50%-nə sahib olub. 

“Atəşgah Həyat” 2-ci olub

“Atəşgah Həyat” 2016-cı ildə bazar üzrə 2-ci pillədə qərarlaşıb. Sığorta şirkətinin ötən il üzrə yığımları 7% azalaraq 36,558 milyon manat olub. Ödənişləri isə əksinə 29% artaraq 27,563 milyon manat təşkil edib. Nəticədə sığorta şirkətinin zərərliliyi xeyli artıb. Şirkət həyat bazarındakı payı yığımlar üzrə 25%, ödənişlər üzrə 29 % təşkil edib.

“Qala Həyat” həyat sürətlə yüksəlir

“Qala Həyat” sığorta şirkətinin yığımları xeyli artsa da, həyat sığortası bazarı üzrə sonuncu pillədə qərarlaşıb. Sığorta şirkətinin yığımları ötən il 39 % artaraq 31,795, milyon manat, ödənişləri 8% artaraq 19,041 milyon manat təşkil edib. Sığorta şirkəti həyat bazarı üzrə yığımlara görə 22%, ödənişlər üzrə 21% paya malik olub.

Şirkətlər

Yığımlar

Bazar payı

“PAŞA Həyat”

77,679,000

53%

“Atəşgah Həyat”

36,558,825

25%

“Qala Həyat”

31,795,346

22%

 

Şirkətlər

Ödənişlər

Bazar payı

“PAŞA Həyat”

45,907,000

50%

“Atəşgah Həyat”

27,563,223

29 %

“Qala Həyat”

19,041,481

21%

test