2016-cı ilin nəticələrinə əsasən həyat sığorta bazarının vəziyyəti məlum olub. Fins.az-ın sığorta şirkətlərindən əldə etdiyi məlumata əsasən bu sığorta bazarı iqtisadi böhrana baxmayaraq ötən il böyüməyi bacarıb. Sığorta yığımları 25% artaraq 146,033 milyon manat olub. 2015-ci ildə 3 həyat sığorta şirkətinin ümumi yığımları 116,478 milyon manat təşkil etmişdi.
Sığorta yığımlarından fərqli olaraq ödənişlərin dinamikası daha yüksək olub. Belə ki,ötən il sığorta yığımları 77% artaraq 92,511 milyon manat təşkil edib. 2015-ci ildə həyat sığortası üzrə ödənişlərin ümumi həcmi 52,223 milyon manat olub.
Fins.az-ın məlumatına görə, yığımların və ödənişlərin həcminə görə, “Paşa Həyat” sığorta şirkəti liderdir. Şirkətin yığımları 2015-ci illə müqayisədə 42% artaraq 77,679 milyon manat olub. Ödənişlərin həcmi 2,8 dəfə artaraq 45,907 milyon manata yüksəlib. Sığorta şirkəti yığımların həcminə görə həyat bazarının 53%-nə, ödənişlərə görə 50%-nə sahib olub.
“Atəşgah Həyat” 2016-cı ildə bazar üzrə 2-ci pillədə qərarlaşıb. Sığorta şirkətinin ötən il üzrə yığımları 7% azalaraq 36,558 milyon manat olub. Ödənişləri isə əksinə 29% artaraq 27,563 milyon manat təşkil edib. Nəticədə sığorta şirkətinin zərərliliyi xeyli artıb. Şirkət həyat bazarındakı payı yığımlar üzrə 25%, ödənişlər üzrə 29 % təşkil edib.
“Qala Həyat” sığorta şirkətinin yığımları xeyli artsa da, həyat sığortası bazarı üzrə sonuncu pillədə qərarlaşıb. Sığorta şirkətinin yığımları ötən il 39 % artaraq 31,795, milyon manat, ödənişləri 8% artaraq 19,041 milyon manat təşkil edib. Sığorta şirkəti həyat bazarı üzrə yığımlara görə 22%, ödənişlər üzrə 21% paya malik olub.
Şirkətlər |
Yığımlar |
Bazar payı |
“PAŞA Həyat” |
77,679,000 |
53% |
“Atəşgah Həyat” |
36,558,825 |
25% |
“Qala Həyat” |
31,795,346 |
22% |
Şirkətlər |
Ödənişlər |
Bazar payı |
“PAŞA Həyat” |
45,907,000 |
50% |
“Atəşgah Həyat” |
27,563,223 |
29 % |
“Qala Həyat” |
19,041,481 |
21% |