“Atəşgah” SığortaQrupu “Sevək, qoruyaq, arxayınyaşayaq” foto müsabiqəsi çərçivəsində münsiflər heyətinin tərkibini müəyyənləşdirib. Bunlar:
Xatırladaq ki, fotomüsabiqə “Atəşgah” Sığorta Qrupunun Vizyon və Missiyası çərçivəsində keçirilir və ona uyğun olaraq Sığorta Qrupu Azərbaycanın çiçəklənən və ekoloji təmiz gələcəyi naminə də çalışır. Bu səbəbdən fotomüsabiqə insan və təbiətin qarşılıqlı əlaqəsinin müxtəlif aspektlərinə, təbiətdən istifadəyə, iqtisadi sahələrin inkişafına və onların ətraf mühitlə qarşılıqlı əlaqələrinə həsr edilmişdir.
Fotolar 1 sentyabr 2013-cü ilədək konkurs@ateshgah.com elektron ünvanına, mövzu yerinə “fotomüsabiqə” qeyd edilməklə göndərilməlidir. Əlaqə telefon nömrələri:
Səbinə Məmmədova – (012) 940, (daxili 317), mob. (050) 291 93 03
Könül Əsədova - (012) 940 (daxili 255), mob. (050) 291 33 44
Bütün işlər kodlaşdırılacaq və anonim şəkildə nüfuzlu münsiflər heyətinə təqdim ediləcək.
10 iştirakçı həvəsləndirici pul mükafatı alacaq.
Bununla yanaşı iştirakçıların təqdim etdikləri işlər arasından (birinci, ikinci və üçüncü yerləri tutmuş qaliblərin işləri istisna olmaqla) sərgi qonaqları arasında ən çox səs toplamış iş seçiləcək və mükafatlandırılacaq.
Müsabiqəyə yekun vurduqdan sonra iştirakçı-qaliblərin fotolarından ibarət və “Atəşgah” SQ-nin Nəsibbəy Yusifbəyli prospekti, 75 “b” ünvanında yeni Baş ofisinin təntənəli açılış mərasiminə təsadüf edən sərginin təşkili planlaşdırılır. İştirakçıların adları mərasim zamanı açıqlanacaq.
Fotomüsabiqənin bütün iştirakçılarına “Atəşgah” SQ-dən sertifikatlar təqdim ediləcək.
Qaliblərin işləri xüsusi kataloqda dərc ediləcək. Orada fotomüsabiqənin digər iştirakçıları barədə də məlumat veriləcək.
Fotomüsabiqənin qaliblərinə “Atəşgah” SQ-a işlərindən açıq şəkildə istifadə etmək və onları müəllifin adını mütləq şəkildə göstərilməklə informasiya, təqdimat və digər məqsədlər üçün (KİV, audio, video, WEB, çap məhsulu və s.) nümayiş etdirmək hüququ verilir.