940 Daxil ol

“Atəşgah” SQ tərəfindən keçirilən “Sevək, qoruyaq, arxayınyaşayaq” foto müsabiqəsinin Münsiflər heyətinin tərkibi müəyyənləşdirilib

30.07.2013

 “Atəşgah” SığortaQrupu “Sevək, qoruyaq, arxayınyaşayaq” foto müsabiqəsi çərçivəsində münsiflər heyətinin tərkibini müəyyənləşdirib. Bunlar:

 

  1. Mirnaib Həsənoğlu - Azərbaycan Fotoqrafları Birliyinin sədri.
  2. Sənan Ələsgərov - Fotoqraf
  3. Sevinc Aslanova - Azərbaycan Fotoqrafları Birliyinin idarə heyətinin üzvü 
  4. Emin Məmmədov - Azərbaycan Respublikası Əməkdar İncəsənət Xadimi,  “QGALLERY” rəsm qalereyasının direktoru
  5. Ruslan Əliyev - “Atəşgah” Sığorta Qrupunun Prezidentidir

 

      Xatırladaq ki, fotomüsabiqə “Atəşgah” Sığorta Qrupunun Vizyon və Missiyası çərçivəsində keçirilir və ona uyğun olaraq Sığorta Qrupu Azərbaycanın çiçəklənən və ekoloji təmiz gələcəyi naminə də çalışır. Bu səbəbdən fotomüsabiqə insan və təbiətin qarşılıqlı əlaqəsinin müxtəlif aspektlərinə, təbiətdən istifadəyə, iqtisadi sahələrin inkişafına və onların ətraf mühitlə qarşılıqlı əlaqələrinə həsr edilmişdir. 
 

 Fotomüsabiqənin şərtləri 
 

Müsabiqədə iştirak pulsuzdur.
 

  • Müsabiqədə 16 yaşından yuxarı peşəkar fotoqraflar və foto həvəskarları iştirak edə bilər.
  • Fotolar  rəngli, eləcə də ağ-qara ola bilər.
  • Hər bir foto aşağıdakı məlumatla müşayiət olunmalıdır: müəllif, adı, region (şəklin çəkildiyi yer), tarix.
  • Fotolar Azərbaycan ərazisində son beş il ərzində çəkilməlidir.
  • Fotolar 1 000 pikselədək ölçüdə və JPEG formatda olmalıdır.
  • Bir müəllifdən 5 (beş) –dən artıq iş qəbul edilmir.
  • Fotomüsabiqədə iştiraka müəllifin özünün mülkiyyət hüququ olan fotolar buraxılır. Əks halda iştiraçı müsabiqədə iştirak etməkdən kənarlaşdırılıcaq. İnternetdən başqalarına məxsus fotoların mənimsənilməsinə icazə verilmir.
  • Fotolarda loqotiplərdən, brendlərdən və imzalardan, eləcə də əvvəllər digər müsabiqələrdə iştirak etmiş işlərdən istifadəyə icazə verilmir.
  • İştirakçının istəyi ilə fotolar götürülə və ya digərləri ilə əvəz edilə bilməz.
  • İctimai, mənəvi və etik normaları pozan fotoların iştirakına icazə verilməyəcək.
  • Mobil telefonlarvasitəsiləçəkilmişfotolarqəbuledilmir.
  • Fotoredaktordaişlənmişfotolarqəbuledilmir.
  • Seçilmişfotolarhəmçinin JPEG, TIFF, RAW formatında 3-5 meqabayt (MB) ölçüdətəqdimedilməlidir.
  • İştirakçıfotolarınmüsabiqədəistifadəsininüçüncüşəxslərinhüquqlarınıpozmadığınazəmanətverirvəbucürhüquqlarınpozulmasına (eləcədəinsantəsvirlərindənqeyri-qanuniistifadəyəgörə) hüquqiməsuliyyətdaşıyır.
  • Fotosunutəqdimedəniştirakçıhəminfotoyagörəhüququnyalnızonaməxsusolduğunutəsdiqedir. Əkstəqdirdə, o müsabiqədəiştirakdankənarlaşdırılacaq.

 

Fotolar 1 sentyabr 2013-cü ilədək konkurs@ateshgah.com elektron ünvanına, mövzu yerinə “fotomüsabiqə” qeyd edilməklə göndərilməlidir.  Əlaqə telefon nömrələri:
 

Səbinə Məmmədova – (012) 940, (daxili 317), mob. (050) 291 93 03

Könül Əsədova - (012) 940 (daxili 255), mob. (050) 291 33 44
 

 Bütün işlər kodlaşdırılacaq və anonim şəkildə nüfuzlu münsiflər heyətinə təqdim ediləcək. 
 

Mükafat fondu: 
 

  • Birinciyerüçünmükafat – 2 min AZN
  • İkinciyerüçünmükafat –  1 min AZN
  • Üçüncüyerüçünmükafat – 500 AZN


10 iştirakçı həvəsləndirici pul mükafatı alacaq.

 

Bununla yanaşı iştirakçıların təqdim etdikləri işlər arasından (birinci, ikinci və üçüncü yerləri tutmuş qaliblərin işləri istisna olmaqla) sərgi qonaqları arasında ən çox səs toplamış iş seçiləcək və mükafatlandırılacaq.   

 
Müsabiqənin nəticələrinə görə: 


Müsabiqəyə yekun vurduqdan sonra iştirakçı-qaliblərin fotolarından ibarət və “Atəşgah” SQ-nin Nəsibbəy Yusifbəyli prospekti, 75 “b” ünvanında yeni Baş ofisinin təntənəli açılış mərasiminə təsadüf edən sərginin təşkili planlaşdırılır. İştirakçıların adları mərasim zamanı açıqlanacaq.


Fotomüsabiqənin bütün iştirakçılarına “Atəşgah” SQ-dən sertifikatlar təqdim ediləcək.


Qaliblərin işləri xüsusi kataloqda dərc ediləcək. Orada fotomüsabiqənin digər iştirakçıları barədə də məlumat veriləcək.
 

Fotomüsabiqənin qaliblərinə “Atəşgah” SQ-a işlərindən açıq şəkildə istifadə etmək və onları müəllifin adını mütləq şəkildə göstərilməklə informasiya, təqdimat və digər məqsədlər üçün (KİV, audio, video, WEB, çap məhsulu və s.) nümayiş etdirmək hüququ verilir.