“Atəşgah” SŞ uşaqlar üçün bayram tədbiri keçirib

02.06.2014

“Atəşgah” SŞ korporativ sosial məsuliyyət layihəsi çərçivəsində 1 iyun - Uşaqların Beynəlxalq müdafiəsi günü münasibətilə şirkətin baş ofisində bayram tədbiri keçirilib.

Tədbirdə Xətai rayonu ərazisində yerləşən 3 saylı uşaq evinin sakinləri və eləcə də şirkət əməkdaşlarının uşaqları iştirak edib. 100-ə yaxın uşaq üçün 2 saatlıq əyləncəli proqram tərtib olunub.

Proqrama animatorların iştirakı ilə  sabun şousu, müxtəlif oyunlar və rəqs qrupunun çıxışı da daxil edilib. Tədbirin sonunda uşaq evinin sakinlərinə hədiyyələr təqdim edilib.