“Atəşgah” SŞ korporativ sosial məsuliyyət layihəsi çərçivəsində 1 iyun - Uşaqların Beynəlxalq müdafiəsi günü münasibətilə şirkətin baş ofisində bayram tədbiri keçirilib.
Tədbirdə Xətai rayonu ərazisində yerləşən 3 saylı uşaq evinin sakinləri və eləcə də şirkət əməkdaşlarının uşaqları iştirak edib. 100-ə yaxın uşaq üçün 2 saatlıq əyləncəli proqram tərtib olunub.
Proqrama animatorların iştirakı ilə sabun şousu, müxtəlif oyunlar və rəqs qrupunun çıxışı da daxil edilib. Tədbirin sonunda uşaq evinin sakinlərinə hədiyyələr təqdim edilib.