02.03.2026-cı il tarixində Bakı şəhərində "Atəşgah" Sığorta Şirkəti tərəfindən sığortalanmış BMW 530e markalı minik..
19 mart tarixində “Atəşgah” Şirkətlər Qrupu daxilində keçirilən futbol turnirinin qaliblərinin mükafatlandırma mərasimi baş tutub.
19.03.2026
Turnirin qalibi olan Korporativ komandası yarışın əsas mükafatı sayılan kuboku qazanıb. AtəşStar komandası ikinci, Tənzimləmə..
13 mart tarixində Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin təşəbbüsü ilə Milli Hematologiya və Transfuziologiya Mərkəzində talassemiyadan əziyyət çəkən uşaqlar üçün xüsusi tədbir təşkil edildi.
13.03.2026
Şirkətimizin 30 illik yubileyi çərçivəsində həyata keçirilən “30 il - Sonsuz ümid” layihəsi..
Mart ayının 11-də şirkətimizin 30 illik yubiley ili çərçivəsində Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin təşəbbüsü ilə qanvermə aksiyası təşkil olunub.
11.03.2026
Aksiya Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Qan Bankı ilə birgə əməkdaşlıq əsasında həyata keçirilib..
Ruslan Əliyevin "Carçı" korporativ jurnalına müsahibəsi
11.02.2026
Müsahibə: «Atəşgah»- sadəcə bir iş yeri deyil. Bu, taledir.
Giriş: Bu gün şəxsi həyat hekayəsi şirkətimizin..
“Arxayın qonşu” sığorta məhsulu yaşayış evlərinin və binalarının istifadəsi zamanı üçüncü şəxslər qarşısında mülki məsuliyyətidir.
“Arxayın qonşu” sığorta məhsulu sığorta hadisəsi nəticəsində üçüncü şəxsin sağlamlığına və ya əmlakına dəyən zərəri ödəmək üçün nəzərdə tutulub.
“Arxayın qonşu” sığorta riskləri
“Arxayın qonşu” sığorta məhsulu üçüncü şəxslər qarşısında mülki məsuliyyət sığortası növlərindən biri hesab olunur.Elə bu baxımdan bu sığorta məhsulu üçün bir neçə sığorta riskləri mövcuddur.
Sığorta riskləri:
• Partlayış – Məişətdə istifadə olunan qazın partlayışı.
• Subasma – su kəmərlərində, istilik və (və ya) kanalizasiya şəbəkələrində baş verən qəza nəticəsində suyun və digər mayelərin təsiri.
• Yanğın – xüsusi olaraq yandırılma və mühafizə edilmə üçün təyin olunmuş yerdən kənara öz-özünə yayılmaq imkanına malik olan alovun nəzarət oluna bilməyən təsiri, həmçinin yanma məhsullarının və alovun sonrakı yayılmasının qarşısını almaq üçün tətbiq olunan yanğınsöndürmə tədbirlərinin təsiri.
1 yanvar 2026-cı il tarixindən Gürcüstana daxil olan bütün xarici vətəndaşlar ölkədə qaldıqları müddət ərzində qüvvədə olan tibbi sığortaya malik olmalıdırlar.
Qaydalar Gürcüstana turizm, işgüzar və ya tranzit məqsədilə daxil olan bütün xarici vətəndaşlara şamil olunur.
Sığorta təminatının minimum məbləği 30 000 gürcü larisi (GEL) təşkil etməlidir. Sənəd elektron və ya kağız formada təqdim olunmalı, gürcü və ya ingilis dilində tərtib edilməlidir.