940 Daxil ol

"Atəşgah" Sığorta Qrupunun təşəbbüsü ilə 10 avqust tarixində rübün əməkdaşlarının motivasiya edilməsi məqsədilə Şuşa şəhərinə tur təşkil edildi.

12.08.2024

"Atəşgah" Sığorta Qrupunun təşəbbüsü ilə 10 avqust tarixində rübün əməkdaşlarının motivasiya edilməsi məqsədilə Şuşa şəhərinə tur təşkil edildi. Şuşanı seyr etməyə gələn ziyarətçilər sırasında "Atəşgah" Sığorta Şirkətinin Direktorlar Şurasının Sədri Ruslan Əliyev, habelə şirkətin digər rəsmi şəxsləri iştirak ediblər.


Səfər çərçivəsində iştirakçılara Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada Cıdır düzü, Yuxarı Gövhər Ağa məscidi, güllələnmiş heykəllər, Şuşa qalası kimi tarixi abidələrlə tanışlıq imkanı yaradılıb. Eyni zamanda, uzun illər düşmən tapdağı altında qalan Xankəndi şəhərini ziyarət edən tur iştirakçıkarı böyük fəxarət hissi ilə bu yerləri seyr etdilər.Əvəzedilməz hisslərlə yadda qalan səfər zamanı tarixi yerlərdə bir sıra xatirə şəkilləri çəkdirildi,


vətənin müdafiəsi və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda cəsarətlə mübarizə aparan, bu yolda canlarını fəda etmiş qəhrəmanlarımızın əziz xatirəsi isə ehtiramla yad edildi!Bir vaxtlar müharibə nəticəsində düşmən tərəfindən dağıdılmış yerlərin indi abadlaşdığını və əvvəlki vəziyyətinə geri dönməsini görmək son dərəcə qürurverici idi. Bu ülvi hissləri Azərbaycan xalqına yaşatdıqları üçün qəhrəman şəhidlərimizin ruhu qarşısında baş əyir, müharibə iştirakçılarına isə əzmkarlıqları və şücaətləri üçün sonsuz minnətdarlığımızı bildiririk!