940 Daxil ol

İşəgötürənin məsuliyyətinin sığortası

İşəgötürənin məsuliyyətinin sığortası

İşəgötürənin məsuliyyətinin sığortası

 
İşəgötürənin məsuliyyətinin sığortası üzrə sığorta predmeti işəgötürənin əmək vəzifələrini yerinə yetirərkən xəsarət almış işçinin və ya işçinin həlak olması halında onun ailə üzvlərinin irəli sürdüyü iddialarla bağlı təzminat vermək öhdəliyinə qarşı təminat verməkdir. Bu sığorta ilə təminat verilən işəgötürənin məsuliyyəti qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir.
 

İşəgötürənin məsuliyyətinin sığortası üzrə sığorta riskləri aşağıdakı hadisələri əhatə edir:

 

1.  Aşağıdakı işçilərin  təsvirinə uyğun gələn Sığortalının hər hansı işçisinin bədən xəsarəti alması, zəhərlənməsi, istilik zərbəsi alması, yanıqlar alması, donması, batması, işıq və ya elektrik zərbəsi alması, yüksəklikdən yıxılması (düşməsi), heyvanlarla təmasdan zərər çəkməsi, həlak olması, yaxud öldürülməsi:

  • əmək müqaviləsi əsasında işləyən işçilər;
  • mülki hüquqi müqavilə əsasında işləri həyata keçirən fiziki şəxslər;
  • istehsalat təcrübəsi keçən tələbələr;

2. Yuxarıda sadalanan şəxslər aşağıda göstərilən müddət ərzində əmək vəzifələrini yerinə yetirərkən:

  • rəsmi fasilələr də daxil olmaqla İşəgötürənin ərazisində iş günü ərzində işləri həyata keçirərkən;
  • işəgötürən üçün həyata keçirdiyi işgüzar səfərlər zamanı;
  • iş vaxtı ərzində baş verməsi və işçinin əmək vəzifələrini yerinə yetirməsi ilə bağlı olması şərtilə işçinin ictimai nəqliyyatda və ya piyada hərəkət etməsi zamanı;
  • işçinin həmin nəqliyyat vasitəsini işgüzar məqsədlər üçün işəgötürənin rəsmi razılığı əsasında istifadə etmiş olması şərtilə,  işçinin şəxsi minik nəqliyyat vasitəsində hərəkət etməsi zamanı.
Whatsapp-a yaz

Onlayn əldə et

Onlayn əldə et
Onlayn əldə et