940 Daxil ol

Tikinti-quraşdırma risklərinin sığortası

Tikinti-quraşdırma risklərinin sığortası

Tikinti-quraşdırma risklərinin sığortası

 
Tikinti-quraşdırma risklərinin sığortası sığorta müdafiəsi bütün gözlənilməz və qəfil hadisələr nəticəsində baş verən bütün risklərə tətbiq edilir. Bu sığorta növünə aşağıdakılar daxildir:
• tikinti-quraşdırma risklərinin sığortası;
• ümumi mülki məsuliyyətin sığortası.
 

Sığorta məbləği, aşağıda qeyd edilənlər nəzərə alınaraq, təyin edilir.

  • Tikinti montaj işləri üzrə - görülən işlərin qiymətlə ölçülən layihə dəyəri, material və digər tikinti elementlərinin, əmək haqqının, daşınma xərcləri, gömrük rüsumu və digər rüsumların smeta məbləğini aşmamalı;
  • İnşaat texnikasının və inşaat meydançasının təchizatı üzrə - avadanlığın və maşınların bərpa edilmə məbləği və yaxud yenisinin, itirilmiş və yaxud zədələnmiş avadanlığın sığorta müqaviləsi bağlanan (bazarda) mövcud olan real qiymətin məbləğini aşmamalı;

Üçüncü şəxslər qarşısında məsuliyyət sığortasının sığorta məbləği, aşağıda qeyd olunan şəxslərə, yetirilmiş zərərin ödənişinin son həddi kimi və tərəflərin qərarı ilə təyin edilir:

  • Fiziki şəxslərin həyatına və sağlamlığına dəyən zərər;
  • Fiziki və hüquqi şəxslərin əmlakına dəyən zərər;
Tikinti-quraşdırma risklərinin sığortası üçün Atəşgah sığortaya müraciət edə bilərsiniz. Qeyd etdiyimiz sığorta növü əmlak, maşın və avadanlıq tikinti sahəsində yerləşən müvəqqəti tikinti və quraşdırma işləri zamanı baş verə biləcək fiziki zərər və ya ziyanın ödənilməsini nəzərdə tutur.
Whatsapp-a yaz

Onlayn əldə et

Onlayn əldə et
Onlayn əldə et