Üçüncü şəxslər qarşısında məsuliyyətin sığortası üzrə sığorta predmeti Sığortalının öz sahibkarlıq fəaliyyətini həyata keçirdiyi zaman baş vermiş hadisə (qəza) nəticəsində üçüncü şəxslərə dəyən bədən xəsarəti və ya xəstəlik, yaxud onların əmlakına dəyən zərərin əvəzini ödəmək üçün ortaya çıxan mülki məsuliyyətidir.
Sığortaçı hadisə (qəza) nəticəsində üçüncü şəxslərə dəyən bədən xəsarəti və ya xəstəlik, yaxud onların əmlakına dəyən zərərin əvəzini ödəmək üçün ortaya çıxan mülki məsuliyyətlə əlaqədar xərclərə görə (pretenziyaçının xərcləri, rüsumları və məsrəfləri daxil olmaqla) Sığortalıya müqavilədə göstərilən qaydada sığorta ödənişi verməyi öhdəsinə götürür.
Üçüncü şəxslər qarşısında məsuliyyətin sığortası üzrə sığorta ödənişinə həmçinin aşağıdakılarla bağlı məsuliyyət halları da daxildir:
Sığortalı tərəfindən təqdim edilən qida məhsullarına, tibbi avadanlığa və ya sosial təminat vasitələrinə görə məsuliyyət;
Sığortalının rəhbərlərinin və (və yaxud) rəsmi şəxslərinin öz şəxsində Sığortalının işçilərinin yerinə yetirdikləri işlərə görə məsuliyyət.
1 yanvar 2026-cı il tarixindən Gürcüstana daxil olan bütün xarici vətəndaşlar ölkədə qaldıqları müddət ərzində qüvvədə olan tibbi sığortaya malik olmalıdırlar.
Qaydalar Gürcüstana turizm, işgüzar və ya tranzit məqsədilə daxil olan bütün xarici vətəndaşlara şamil olunur.
Sığorta təminatının minimum məbləği 30 000 gürcü larisi (GEL) təşkil etməlidir. Sənəd elektron və ya kağız formada təqdim olunmalı, gürcü və ya ingilis dilində tərtib edilməlidir.