24 iyun 2011-ci il tarixli “İcbari sığortalar haqqında” AR-nın qanuna əsasən avtonəqliyyat vasitələrinin istifadəsi ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası icbaridir.
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası məbləğləri:
Üçüncü şəxs dedikdə, sığortalının hərəkət və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər başa düşülür. Fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. Eyni zamanda, sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri, mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan şəxslər üçüncü şəxs hesab olunmur.
Dövlət qeydiyyat nışan nömrəsini 9707 nömrəsinə SMS göndərərək, https://isb.az/ saytına baxaraq və ya https://polis.ateshgah.com/clientportal/login şəxsi kabinetdən qeydiyyatdan keçərək.
Bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsin avtomobilinə və ya əmlakına zərər vurularsa və zərərçəkənlərin hər birinə münasibətdə ayrı-ayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi 5000 manatı aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi ümumi sığorta məbləğinin (5000 manatın) ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir.
3-cü şəxsin əmlakına və sağlamlığına dəyən zərərin ödənişi