940 Daxil ol

"Atəşgah" Sığorta Şirkəti Daşınmaz əmlakın icbari sığortası üzrə 24 734,76 AZN manat ( iyirmi dörd min yeddi yüz otuz dörd manat , yetmiş altı qəpik ) məbləğində sığorta ödənişi etdi.

01.07.2024

02.02.2024 –cü il tarixində Bakı şəhərində yerləşən yaşayış mənzilində, mətbəx otağının tavan hissəsindən keçən elektrik naqillərində qısaqapanmanın yaranması səbəbindən yanğın hadisəsi baş vermişdir.
Qeyd olunan hadisə ilə əlaqədar “Atəşgah” Sığorta Şirkətinin Texniki Ekspertiza şöbəsi tərəfindən sığortalanmış mənzilə baxış keçirilərək , hadisə nəticəsində əmlaka dəymiş maddi zərərin məbləği qiymətləndirilmiş və sığortalıya 24 734,76 AZN manat ( iyirmi dörd min yeddi yüz otuz dörd manat , yetmiş altı qəpik ) məbləğində sığorta ödənişi edilmişdir.