1 yanvar 2026-cı il tarixindən Gürcüstana daxil olan bütün xarici vətəndaşlar ölkədə qaldıqları müddət ərzində qüvvədə olan tibbi sığortaya malik olmalıdırlar.
Qaydalar Gürcüstana turizm, işgüzar və ya tranzit məqsədilə daxil olan bütün xarici vətəndaşlara şamil olunur.
Sığorta təminatının minimum məbləği 30 000 gürcü larisi (GEL) təşkil etməlidir. Sənəd elektron və ya kağız formada təqdim olunmalı, gürcü və ya ingilis dilində tərtib edilməlidir.