Avto extra sığorta paketi yol nəqliyyat hadisələri zəmnində yaranmış maddi zərərin qarşılanmağı üçün münasib sığorta paketlərindən hesab olunur. Avto extra sığorta paketi könüllü sığorta növünə daxildir. Bu sığorta xidməti avtonəqliyyat vasitəsi istifadəçiləri üçün lazımlı sığorta növlərindən hesab olunur.Avto extra sığorta paketini elə indi onlayn qaydada əldə edə bilərsiniz.
Biz sizə sadəcə sığorta xidmətləri təklif etmirik, Sizə, ehtimal olunan çətinlikdən çıxış yolu hazırlayırıq.
Bu xidmət, məhz yol-nəqliyyat hadisəsi zamanı yarana biləcək əlavə xərcləri minimallaşdırmağı üstün tutan avtonəqliyyat vasitəsi sahibləri üçün yaradılmışdır.
Əsas üstünlük ondan ibarətdir ki, AVSMMİS-nın mütləq şəkildə olması şərti ilə, cəmi 19 AZN ödəyib, qəza zamanı Sizə dəyən zərər üçün də əlavə 5,000 AZN ödəniş əldə edəcəksiniz (5,000 AZN qarşı tərəfin AVSMMİS üzrə və 5,000 AZN nəqliyyat vasitələrinin könüllü məsuliyyət sığortası üzrə sığorta təminatıdır).
• Məqsəd: Müştərinin günahı olmadan, digər nəqliyyat vasitəsi ilə toqquşma nəticəsində, avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi.
• Sığorta riski: İki və ya daha çox avtonəqliyyat vasitələrinin iştirakı ilə yol-nəqliyyat hadisəsi
• Müştəri seqmenti: Minik avtomobilini qanuni əsaslarla idarə edən fiziki şəxslər
Avto extra sığorta paketini əldə etmək artıq daha asandır.Sadəcə onlayn qaydada müraciət etməyiniz kifayətdir.
Sığortanın rəngini özünüz seçin!
ABB-dən sərfəli kredit