Regionlar üçün 3 ardıcıl ay ərzində sığorta haqqının hissəli ödəniş ilə Kasko məhsulu.
Özünüzü artıq xərclərdən qorumaq üçün hissəli ödəniş ilə 33 AZN-dən başlayan qiymətə Kasko əldə edə bilərsiniz!
Müştəri seqmenti: regionlarda minik avtomobilini qanuni əsaslarla idarə edən fiziki şəxslər.
*Əlavə şərtsiz azadolma məbləği: Avtonəqliyyat vasitəsini, yaşı 24-dən və ya sürücülük təcrübəsi 2 ildən az olan şəxs idarə edən zaman Sığorta hadisəsi baş verdikdə 500 AZN.
Sığorta riski: avtonəqliyyat hadisəsi- avtomobilin istifadəsi nəticəsində baş verən, ölüm və bədən xəsarəti ilə nəticələnən, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, habelə hər hansı digər əmlakın zədələnməsinə səbəb olan hadisələr.
Əlavə şərtlər:
• “Mercedes Benz” markalı avtonəqliyyat vasitələrinin buraxılış ili 1998-ci ildən aşağı olmamalıdır.
• Rusiya istehsalı olan avtonəqliyyat vasitələrinin buraxılış ili 2005-ci ildən aşağı olmamalıdır.
• Digər markalı avtonəqliyyat vasitələrinin buraxılış ili 2000-ci ildən aşağı olmamalıdır.
• Avtonəqliyyat vasitəsinin bazar dəyəri 30000 AZN-dan çox olmamalıdır.
• “Taksi” və “RentaCar” kimi fəaliyyət göstərən avtonəqliyyat vasitələri təminata daxil deyildir.
Ödəniş: Sığorta müqaviləsinin qüvvəyə mindiyi gündən etibarən birdəfəlik və ya 3 ardıcıl ay ərzində sığorta haqqının hissəli ödənişi