14 mart 2026-cı il tarixində Balakən rayonu ərazisində “Atəşgah” Sığorta Şirkəti tərəfindən sığortalanmış KIA Seltos markalı minik avtomobilinin idarəetməni itirərək aşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə ilə bağlı sığortalanmış minik avtomobilinə dəymiş maddi zərər “Atəşgah” Sığorta Şirkətinin Texniki ekspertiza şöbəsi tərəfindən qiymətləndirilmiş və sığortalıya 23 900 (iyirmi üç min doqquz yüz) manat məbləğində sığorta ödənişi edilmişdir.