2023
Sığorta məsləhətçiləri üçün İçərişəhərdə yerləşən yeni ofis istifadəyə verilildi.
Xaçmaz ofisi yeni ünvana köçürüldü.
Sumqayıt ofisi təmir olunaraq yeniləndi.
"Atəşgah" Sığorta Şirkətində Direktorlar Şurası yanında Təşkilati və Dayanıqlı inkişaf üzrə Komitə yaradıldı.
2022
«Atəşgah» Sığorta Şirkəti «Cinemaplus» kinoteatrlar şəbəkəsində öz brendinqini etdi.
Ev əşyalarını sığortalayan “Arxayın sakin” sığorta məhsulu satışa çıxarıldı.
«Atəşgah» Sığorta Şirkətinin mobil tətbiqi istifadəyə buraxıldı.
«Atəşgah» Sığorta Şirkətinin şəxsi kabineti müasir standartlara uyğun şəkildə yeniləndi.
«Atəşgah« Sığorta Şirkəti 26 illiyini qeyd etdi.
2021
3 illik strategiya planının hesabatı.
Son 3 ilin nəticələrinin təhlili əsasında, şirkət rəhbərləri və əməkdaşları 2022-2024-cü illər üçün strateji planının hazırlanmasına toplaşmışlar
«Xəyallarımın məktəbi» .
Vətən Müharibəsində döyüşən qəhrəman şəhidlərimizin övladlarına həsr olunmuş tədbir həyata keçirilib
Fiziki şəxslər üçün ilk dəfə , yeni “Yüz yaşa” tibbi sığorta məhsulu təqdim olunmuşdur
«Atəşgah» Sığorta Şirkəti korporativ veb səhifəsini yeniləyərək, müştərilər üçün yeni onlayn xidmətlər təqdim edib. Artıq ateshgah.com vasitəsi ilə bütün sığorta məhsullarını onlayn əldə etmək mümkündür.
“Atəşgah” SŞ-nin İSO 10002:2018 standartı üzrə yenidən sertifikatlaşdırma üzrə audit aparılıb
“Atəşgah” Sığorta Şirkəti 25 illik yubileyini qeyd edib
2020
“Atəşgah” SQ şirkətdaxili elektron sənəd dövriyyəsi sisteminin tətbiqini WSS sistemi vasitəsilə həyata keçirmişdir.
İpoteka və Kredit Zəmanət Fonduna məxsus daşınmaz əmlakların istismarı ilə bağlı mülki məsuliyyətinin icbari sığortasına dair elan etdiyi açıq tenderin qalibi "Atəşgah" Sığorta ASC olub.
“Atəşgah” Sığorta Şirkəti ASC “Keyfiyyət Menecmenti Sistemi” üzrə fəaliyyətinin və xidmət keyfiyyətinin beynəlxalq standartlara tam uyğunluğunu İSO 9001:2015 sertifikatı ilə təsdiq etmişdir.
2019
Son zamanlar sosial mediyada #TrashTag həşteqi ilə məşhurlaşan layihəyə Atəşgahlılar da qoşulub.
“Atəşgah” SŞ “İlin Sığorta Şirkəti” adına layiq görülüb.
“Atəşgah” SŞ müştəriləri üçün təşkil edilmiş “Loyallıq Sisteminə” start verdi.
2018
“Atəşgah” SŞ vətəndaşların məşğulluq imkanlarının artırılması, sığorta sahəsi ilə bağlı maarifləndirmə və təbliğat işinin aparılması üçün nəzərdə tutulan “Peşəkar sığortaçılar məktəbi” layihəsinə start verilmişdi.
“Atəşgah” SŞ Bakı Fond Birjasının (BFB)“Listinq Məsləhət Proqramı”na qoşuldu.
“Media Consulting and Services” media monitorinq qrupunun iyul ayı hesabatına əsasən, “Atəşgah” SŞ mediada ən aktiv sığorta şirkəti seçilib.
2017
“Atəşgah” Sığorta Qrupunun yenilənmiş www.ateshgah.com saytı “Korporativ sayt” nominasiyasında Azərbaycan Milli İnternet Mükafatı “NETTY” -nin qalibi oldu
“Atəşgah” Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən “Şəffaf vergi partnyorluğu” statusuna layiq görüldü
"Atəşgah" SŞ İslam Həmrəyliyi Oyunlarının bir neçə təşkilatçı şirkətini 1 000 000 ABŞ dolları məbləğində sığortaladı.
“Atəşgah” öz sığorta məsləhətçiləri arasında “Bizimlə ol, mənzil qazan!” müsabiqəsi çərçivəsində Bakıda mənzil, eləcə də əvvəlki illərdə olduğu kimi avtomobil və digər qiymətli hədiyyələr təqdim etdi.
"Atəşgah" Sığorta Şirkətinin Direktorlar Şurasının sədri Ruslan Əliyev Azərbaycanın Rusiyadakı səfirliyində ticarət nümayəndəsi təyin edildi.
"Birlikdə sağlam gələcək naminə!" xeyriyyə aksiyası çərçivəsində Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbində çamaşırxananın təşkili
2016
“Atəşgah” SŞ “Yaşıl kart” sistemi üzrə ilk satışını həyata keçirdı.
“Atəşgah” SŞ Azərbaycan İpoteka Fondunun müvəkkil sığorta şirkətlərinin yenilənmiş siyahısına daxil edildi
“Atəşgah” SŞ-nin 20 yaşı tamam oldu.
"Birlikdə sağlam gələcək naminə!" xeyriyyə aksiyası çərçivəsində görmə qabiliyyəti zəif, eyni zamanda valideyn himayəsindən məhrum uşaqların müalicə və müayinəsi təşkil edildi
2015
Agent şəbəkəsinin genişləndirilməsi, eləcə də əhali arasında sığorta biliklərinin artırılması məqsədilə«Formula 2015» layihəsinin tətbiqi.
2014
Azərbaycan sığorta sahəsində maarifləndirmə işləri aparmaq məqsədilı «75 ulduz» layihəsinin tətbiqi.
Hesab. Az platforması üzərindən xaricə gedənlərin səfər sığortası şəhadətnamələrinin online satışınin tətbiqi.
Qazax, Zaqatala, Sabirabad, Şəmkir şəhərlərində yeni regional ofislərin açılışı.
2013
Satış həcminin artırılması məqsədilə ölkədə ilk dəfə olaraq, hesab.az platforması üzərindən sığorta şəhadətnamələrinin onlayn satışının tətbiqi.
Azərbaycanda ilk dəfə Telemarketinq şöbəsinin (sığorta şəhadətnamələrinin telefon vasitəsilə satışı)yaradılması.
Baş ofisin yeni binaya köçməsi.
«Sevək, qoruyaq, arxayın yaşayaq!” fotomüsabiqəsinin təşkili.
2012
İcbari avtomobil sığortası məhsulunun uğurlu startı.
Bakıda fəaliyyət göstərən sığorta məsləhətçilərinin (agentlərin sayı 300-ü keçdi).
Zərərlərin tənzimlənməsi idarəsi üçün yeni ofisinin istifadəyə verilməsi.
“Atəşgah” Sığorta Şirkəti Bərdə şəhərində regional ofis açıb.
“Atəşgah” Sığorta Şirkəti “Yarat” Müasir İncəsənət Məkanı İctimai Birliyinin təşkil etdiyi “Birləşən körpülər” sərgisində nümayiş etdirilən rəsm əsərlərini $1 mln. məbləğində sığortalayıb.
“Atəşgah” - Azərbaycanda avtonəqliyyat vasitələri sahiblərinin ən çox tanıdığı sığorta şirkətidir.
2011
“Carçı Atəşgah” qəzetinin ilk buraxılışı, “Atəşgah” komandasının “Heydər Əliyev” zirvəsinə qalxmağı.
“Atəşgah” SŞ sığorta məsləhətçiləri şəbəkəsinin yaradılması üzrə pilot layihənin başlanması.
“Atəşgah” SŞ –nin 15 illiyi münasibətilə korporativ stilin dəyişilməsi, “Atəşgah” abidəsinin sığortalanması.
Azərbaycanda ilk dəfə olaraq “Avroviziya 2010” müsabiqəsinin qalibi, müğənni Nigar Camalın simasının sığortalanması.
“Atəşgah” SŞ Azərbaycanda ilk dəfə olaraq on-line rejimində Motor bürosu vasitəsilə Avtonəqliyyat vasitələri sahiblərinin icbari məsuliyyət sığortası üzrə ilk polisin buraxılışını həyata keçirib “Atəşgah” SQ Azərbaycan sığorta şirkətlərinin renkinq siyahısında sığorta yığımlarının həcminə görə birinci yeri tutmuşdur.
2010
“Atəşgah” SQ-nun 2011-2013-cü illər üzrə strateji inkişaf planı üzərində iş sona yetmişdir.
“Atəşgah” SŞ Azərbaycan Respublikası maliyyə nazirliyi Sığorta nəzarəti xidmətinin toplanmış sığorta haqlarına görə renkinqində 3-cü yerdə qərarlaşmışdır.
2009
Korporativ stilin dəyişilməsi.
Avtomobil sığortası bazarının lideri.
2008
“Atəşgah” SŞ və “Kavkaz Sığorta” ASC – nin sığorta şirkətləri qrupu altında birləşdirilməsi.
2004
“Atəşgah” SŞ-nin Azərbaycan sığorta bazarında ödənişlər üzrə payı 91,4% təşkil etmişdir.
2003
“Atəşgah” SŞ-nin dəvəti ilə Lloyd’s və beynəlxalq təkrarsığorta şirkətləri anderrayterlərinin Azərbaycana səfəri.
“Atəşgah” SŞ Azərbaycan sığorta şirkətləri arasında ilk olaraq İSO 9001:2000 beynəlxalq standartı üzrə idarəetmə sistemində keyfiyyətə nəzarət üzrə sertifikat almışdır.
1998
Azərbaycanda ilk tibbi sığorta şirkəti olan “Şəfəq”in yaradılması.
1997
“Atəşgah” sığorta şirkəti üçün sığorta fəaliyyətinə dair lisenziyanın alınması.
1996
“Atəşgah” sığorta şirkətinin təsis edilməsi.
Amerika Ticarət Palatası (AMCHAM)
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası
Azərbaycan Sığortaçılar Assosiyasiyası
Azərbaycan-Rusiya İşgüzar Əməkdaşlıq Palatası (ARİƏP)
İcbari Sığorta Bürosu