Əsas vəzifə öhdəlikləri:
• Daxili audit planına uyğun olaraq daxili auditin həyata keçirilməsində iştirak etmək;
• Onun iştirakı ilə həyata keçirilmiş daxili auditin nəticələrinə dair hesabatın və rəyin hazırlanmasında iştirak etmək;
• Daxili audit nəticəsində aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün təkliflərin hazırlanmasında iştirak etmək;
• Zərurət yarandıqda, daxili auditora bu vəzifə təlimatında nəzərdə tutulmayan, lakin daxili audit haqqında qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələr həvalə oluna bilər.
Namizədə tələblər:
• Təhsil: İqtisadi və ya hüquqi ali təhsil. Magistr dərəcəsi və daxili audit üzrə sertifikata malik olunması arzuolunandır.
• Sığorta əməliyyatlarına və audit keçirilməsinin qaydaları ilə bağlı beynəlxalq təcrübəyə bələd olmalıdır.
• İş təcrübəsi: Sığorta şirkətlərində daxili audit sahəsi üzrə minimum 2 il (aparıcı auditor), 4 il (baş auditor).
• Dil bilikləri: Rus və ya İngilis dili.
• Kompüter bilikləri: İnformasiya-kommunikasiya texnologiyalarından istifadə sahəsində bilik və vərdişlərə malik olmalı, uyğun proqramlarda (1C, MS Excel, MS Word və s.) sərbəst işləyə bilməlidir.
Namizəd bilməlidir:
• Azərbaycan Respublikasının sığorta haqqında qanunvericiliyini, vergi qanunvericiliyini, mülki qanunvericiliyi və əmək qanunvericiliyini;
• Daxili auditin aparılmasının prinsip və metodlarını;
• Yoxlama, sənədli audit və təhlil aparılmasının üsullarını;
• Mühasibat uçotu və hesabatının təşkili və aparılması qaydalarını;
• Maliyyə hesabatlarının formalarını və tərtibi qaydalarını;
• İşçilərin əməyinin ödənilməsi normalarını və qaydalarını;
• İşgüzar münasibətlərin qurulması etikasını;
• Kargüzarlığın təşkilini.
İş şərtləri:
• İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir).
• İş vaxtı: I–IV günlər 09:00–18:00, V gün 09:00–17:00.