Müsahibə: «Atəşgah»- sadəcə bir iş yeri deyil. Bu, taledir.
Giriş: Bu gün şəxsi həyat hekayəsi şirkətimizin tarixi inkişaf prosesi ilə sıx şəkildə uzlaşan bir şəxs ilə söhbət edirik. Bu xüsusi müsahibədə diplomatiya və dostluq anlayışları, «Atəşgah» Sığorta Qrupunun formalaşma mərhələləri, idarəçilərin yeni nəsillərlə əvəzlənməsi və gələcəyə baxış haqqında danışacağıq.
Sual: Deyimə görə, təsadüflər təsadüfi deyildir. Sizin bioqrafiyanızda uşaqlıq dövrünüzü şirkətin hazırkı ofisi ilə əlaqələndirən heyrətamiz bir fakt var. Zəhmət olmasa, bu fakt barədə ətraflı məlumat verərdiniz.
Cavab: Bəli, bu, həqiqətən də taleyin işarəsinə bənzəyir. Mən Moskvada doğulmuşam, lakin 1977-ci ildə atam Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində işə qəbul edildiyi üçün ailəliklə Bakıya köçdük. Maraqlıdır ki, bizi İçərişəhərdə, V. Məmmədov küçəsi 16 ünvanında yerləşən mənzilə köçürdülər. Məhz həmin binada bu gün «Atəşgah»ın ofislərindən biri fəaliyyət göstərir.
Uşaqlıq və gənclik illərim burada keçib. 1980-ci ildə 6 nömrəli məktəbin birinci sinfinə getmişəm və 1990-cı ildə oranı bitirmişəm. Artıq buradan Moskvaya yollanaraq Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna qəbul olunmuşam. Belə çıxır ki, bu divarlar hələ uşaqlıqdan, burada bizim şirkət məskunlaşmazdan çox əvvəl mənim üçün doğma ev olub, ona görə də ofisimizin burada yerləşməsini köklərə qayıdış kimi qəbul edirəm.
Sual: Sizin karyera yolunuz diplomatiyadan başlayıb. Beynəlxalq siyasətdən sığortaya keçid necə baş verdi?
Cavab: 1996-cı ildə institutu bitirdikdən sonra arzumu reallaşdıraraq diplomat oldum və Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində fəaliyyətə başladım. Gözəl vaxtlar idi, burda mənə ömür boyu yoldaşlıq edən insanlarla görüşlər nəsib oldu. Namiq Xəlilov və Sevinc Məmmədova ilə tanış oldum. Biz artıq uzun illərdir ki, dostluq edirik və eyni zamanda onlar mənim həmkarlarımdır, həm şirkətimizi, həm də bütün sığorta bazarını inkişaf etdirməyə öz töhfələrini verməkdədirlər. Bununla çox fəxr edirəm.
Səfirlikdəki fəaliyyətimlə paralel olaraq aspiranturaya qəbul olundum. Elmi marağım iqtisadiyyat və risklər müstəvisində idi və mən sığorta ilə bağlı mövzuda dissertasiya yazmağa başladım. Məhz elm məni bu biznesə gətirdi.
Sual: Siz bazarın yenidən formatlaşdırılması və onun yüksək beynəlxalq standartlara uyğunlaşdırılması prosesində bilavasitə iştirak etmisiniz. Zəhmət olmasa, bu mərhələdə yollarınızın «Atəşgah»la necə kəsişdiyini barəsində danışardınız.
Cavab: Bu, 1997-ci ildə baş verdi. Sığorta üzrə namizədlik dissertasiyası üzərində iş çərçivəsində elmi rəhbərim Kapitolina Turbina ilə birgə yerli bazarı öyrənmək məqsədilə Bakıya səfər etdik. O zaman mən, «Atəşgah» Sığorta Şirkətinin Baş direktoru İntiqam Hüseynov və sektorun bir çox digər iştirakçıları ilə həmçinin Azərbaycan Sığorta Nəzarətinin o zamankı rəhbəri, bu gün də şirkətimizdə vəzifə tutan Azər Cəfərovla ilk dəfə görüşdüm.
Həmin səfər həlledici əhəmiyyət kəsb etdi. O, mənə iqtisad elmləri namizədi dərəcəsi almaq üçün dissertasiyanı uğurla müdafiə etməyə kömək etməklə yanaşı, gələcək əməkdaşlıq və fəaliyyət üçün də möhkəm təməl yaratdı.
Sual: Bəs şirkətə rəsmi olaraq nə vaxt qoşuldunuz?
Cavab: 90-cı illərdə taleyin məni «Atəşgah»la və sığorta biznesi ilə bu qədər sıx bağlayacağını təsəvvür belə edə bilməzdim. Lakin 1999-cu ildə Karlovı Varıda istirahət zamanı növbəti görüşümüzdən sonra İntiqam Hüseynov mənə imtina edə bilməyəcəyim bir təklif etdi: elmi biliklərimi praktikada reallaşdırmaq. Bu imkana şad oldum.
Beləliklə, 2000-ci ilin mart ayında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindən SOCAR-a keçid edərək Xarici İnvestisiyalar İdarəsinin sığorta və risk-menecment məsələləri üzrə rəis müavini vəzifəsinə təyin olundum. Bu təyinatla mən əfsanəvi Valeh Ələsgərovun rəhbərliyi altına düşdüm. Bu, unikal bir məktəb idi: ondan strateji düşünməyi, cari tapşırıqların arxasında tam mənzərəni görməyi və özümə və komandaya qarşı tələbkarlıq səviyyəsini heç vaxt aşağı salmamağı öyrəndim. O zaman SOCAR həm də «Atəşgah»ın səhmdarlarından biri olduğu üçün mən eyni zamanda SOCAR-ın «Atəşgah»dakı nümayəndəsi təyin olundum.
Sual: Geri baxdıqda, şirkətin bu illər ərzindəki təkamülü necə xarakterizə edərdiniz?
Cavab: Şirkətin inkişaf yolunu bir müsahibədə tam əhatə etmək mümkün deyil. Detallarla maraqlananlara tövsiyə edərdim ki, bu tarixin canlı şahidləri və yaradıcıları ilə birbaşa söhbət etsinlər. Şükürlər olsun ki, həmin şəxslərin bir çoxu hələ də bizimlədir: İntiqam Hüseynov, Namiq Xəlilov, Natiq Əmircanov, Fuad Sultanov, Məmmədəli Hüseynov, Ayla Mustafayeva, Tahir Kazımov və digərləri.
Eyni zamanda, rusiyalı dostlarımız və həmkarlarımız Vladimir Solovyov, Yekaterina Şebarova və İqor Smaqanın şirkətimizə verdikləri töhfələri xüsusi qeyd etmək istərdim. Müxtəlif dövrlərdə onlar şirkətimizdə əsas rəhbər vəzifələrdə çalışıb və qabaqcıl təcrübə və yeni yanaşmalar gətirərək onun inkişafına əvəzsiz töhfə veriblər.
Qlobal olaraq isə mən “Atəşgah” Sığorta Qrupunun tarixini üç böyük mərhələyə bölürəm:
Sual: Hazırda biz üçillik strategiyanın (2025-2027) aktiv icra mərhələsindəyik. Hansı əsas mərhələləri fərqləndirərdiniz?
Cavab: Bizim çox aydın planımız var:
Sual: Bu irimiqyaslı planlar fonunda Siz bir çoxları üçün gözlənilməz olan bir qərar qəbul etdiniz — Direktorlar Şurasını tərk etmək və estafeti ötürmək. Bu addımın səbəbi nə idi?
Cavab: Bu qərar ani qəbul edilməmişdir. Mən 2011-ci ildən 2025-ci ilə qədər 14 il fasiləsiz olaraq Direktorlar Şurasının sədri vəzifəsini icra etmişəm və bu addımım yenilənmə üçün düzgün zamanın yetişdiyinə dair daxili hissimlə əlaqədardır. Əminəm ki, hər bir güclü təşkilat yeni nəsil idarəçilərə vaxtında yol verməlidir. Bu vəzifədən ayrılmaqla mən digər rəhbərlərə də nümunə göstərmək istədim: öz əvəzedicini vaxtında hazırlamaq və digər vəzifələrə keçmək lazımdır. Üfüqi inkişaf etmək, öz güc və təcrübəni tətbiq etmək üçün yeni sahələr də tapmaq mümkündür və bu vacibdir. İndi şirkətdə yeni enerjili və müasir baxışlı peşəkarlar komandası formalaşıb və mən Şurada operativ idarəetmədən uzaqlaşaraq bu prosesi dəstəkləməyi vacib hesab edirəm.
Sual: Sizin fikrinizcə, Direktorlar Şurasının yeni üzvləri şirkətin gələcək inkişafında hansı rolu oynayacaqlar?
Cavab: Onlara böyük ümidlər bəsləyirəm. Şuranın yeni üzvləri — Sadıx Mənsurov, Könül İsgəndərova, Ayla Mustafayeva, eləcə də dəvət olunmuş müstəqil direktor Murad Rəhimov — gəncliyin, təcrübə və peşəkarlığın vəhdətidir. Onlar şirkətə yeni baxış, müasir idarəetmə yanaşmaları və yüksək motivasiya gətirirlər. Onların iştirakı şirkətin gələcəkdə daha da böyüməsi və bazarın yeni çağırışlarına uyğunlaşması üçün möhkəm təməl yaradır. Bununla yanaşı, çoxillik təcrübələri nəzərə alınaraq, hörmətli həmkarlarımız Namiq Xəlilov və Azər Əliyev şirkətlərdə Direktorlar Şuralarının sədrləri seçildilər. Belə struktur varisliyi və strateji dərinliyi təmin edir.
Sual: Bazar rəqabətlidir. «Atəşgah»ın ilk üçlükdə qalması üçün nə lazımdır?
Cavab: Biz artıq effektivliyini sübut etmiş dəyərlərimizi — ənənələrimizi qorumalıyıq. Eyni zamanda, Missiyamıza və Vizyonumuza qətiyyətlə əməl etməliyik. Bunlar bu gün hər zamankından daha aktualdır: «Əhalini və biznesi inklüziv və etibarlı maliyyə müdafiəsi ilə təmin etmək». Bu, bizim kompasımızdır.
Sual: Şəxsi sual. Bu gün «Atəşgah» Sizin üçün hansı mənanı kəsb edir?
Cavab: Mənim üçün «Atəşgah» həyatda üç əsas məqamı reallaşdırmaq üçün platformadır- davamlı fərdi inkişaf, cəmiyyətə xidmət və öz ölkəmi beynəlxalq arenada layiqincə təmsil etmək. Bütün bunlara görə mən şirkətimizə borcluyam.
Sual: Nə barədə xəyal edirsiniz?
Cavab: Mən sığorta bazarının həm peşəkar, həm də həcm baxımından inkişaf etməsini arzulayıram. “Atəşgah” Sığorta Qrupu isə yalnız bazarla birlikdə böyüməklə kifayətlənməsin, eyni zamanda bu inkişafın hərəkətverici qüvvəsi olsun, davamlı təkmilləşərək lider mövqeyini möhkəmləndirsin. Arzu edirəm ki, övladlarımdan biri bu yolu seçsin, bu inanılmaz dərəcədə maraqlı və çoxşaxəli sığortaçı peşəsinə yiyələnsin və mənim başladığım işi davam etdirsin. Nəhayət, arzum budur ki, Uca Yaradan mənə nə qədər ömür veribsə, ömrümün sonuna qədər şirkətimizin inkişafında iştirak edim və ümumi uğurlarımızdan zövq alım! Amin!