Vəzifə öhdəlikləri
• Yeni layihələrin hazırlanması
• Hazır modullara texniki dəstəyin göstərilməsi
• Proqram spesifikasiyalarını və əsas prototiplərini formalaşdırmaq
• Proqramlaşdırma tətbiqlərini inkişaf etdirmək, sınaqdan keçirib və analiz etmək
• Proqram səhvlərini təhlil edib, düzəldib və hesabatlarını vaxtında təqdim etmək
• Proqram təminatçılarına və analitiklərə yeni proqramları konseptləşdirmək və inkişaf etdirmək üçün dəstək vermək
Tələblər
• Təhsil: Ali
• İş təcrübəsi: ən azı 2 il müvafiq sahə üzrə
• Dil bilikləri: Azərbaycan (əla), İngilis dili (texniki), Rus (arzuolunandır)
Texniki biliklər
• C# (OOP), ASP.NET MVC və .NET Core üzrə mükəmməl bilik
• SQL və SQL Server biliyi
• RESTful API-lərlə işləmə təcrübəsi
• Git və GitFlow kimi branch strategiyaları ilə işləmə təcrübəsi
• Swagger/OpenAPI ilə sənədləşdirmə
• Kafka, RabbitMQ və ya digər mesajlaşma sistemləri ilə tanışlıq
• CI/CD prosesləri və alətləri (məsələn, Azure DevOps)
Tətbiqi bacarıqlar
• Analitik təhlil etmə və operativlik
• Komandada işləmək bacarığı
• Təmiz kod yazma vərdişi və SOLID prinsiplərinə riayət etmə
• Agile və Scrum metodologiyalarında işləmə təcrübəsi
Yumuşaq bacarıqlar (Soft Skills)
• Güclü problem həll etmə və debugging bacarığı
• Müstəqil işləmək və məsuliyyətli qərarlar qəbul etmək bacarığı
• Aydın və peşəkar ünsiyyət, texniki sənədləşdirmə qabiliyyəti
• Yeni texnologiyaları öyrənmək və tətbiq etmək istəyi
• Deadline-lara əməl etmə və nəticə yönümlü yanaşma
İş şərtləri
• İş vaxtı: I–IV günlər 09:00–18:00, V gün 09:00–17:00
• İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
Məlumatlandırıcı qeydlər
• Zəhmət olmasa, CV formanızı göndərməzdən öncə iş elanı ilə ətraflı tanış olun.
• Namizədliyin baxılmasında CV forması mühüm rol oynayır. Xahiş edirik, CV-nizi düzgün və peşəkar şəkildə hazırlayın.
• İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Müraciət üçün linkə keçid edin!