940 Daxil ol

İnformasiya təhlükəsizliyi üzrə baş mütəxəssis

05.02.2026

Vəzifə öhdəlikləri
• Şirkətinin informasiya təhlükəsizliyi strateqiyasına və biznes məqsədlərinə uyğun olaraq büdcənin səmərəli istifadəsinə tövsiyələr vermək
• Şirkətin İnformasiya təhlükəsizliyi sahəsində siyasətlərin, reqlamentlərin, təlimatların və digər daxili normativ sənədlərin hazırlanması, razılaşdırılması və yenilənməsi
• Şirkətin İnformasiya təhlükəsizliyi üzrə beynəlxalq standartlara uyğunluğunun idarəedilməsi və proseslərin koordinasiyası
• Yeni məhsulların, layihələrin və biznesin genişləndirilməsində informasiya təhlükəsizliyi tədbirlərinin tətbiqinin koordinasiyası
• Daim informasiya təhlükəsizliyi təhdidlərinin müşahidəsi və təhlilinin təşkili
• Şirkət işçiləri arasında İnformasiya təhlükəsizliyi mədəniyyətinin təbliği
• İnformasiya təhlükəsizliyi təhdidlərinin öncədən aşkar edilməsi üçün işin təşkili
• Şirkət rəhbərliyinə informasiya təhlükəsizliyi, mövcud İKT-risklər və təhlükəsizliyin təkmilləşdirilməsinə dair tövsiyələr barədə hesabatların təqdim edilməsi
• İnformasiya təhlükəsizliyi baxımından Şirkətin informasiya sistemlərinin yenilənməsi və dəyişilməsi ilə bağlı qərarların qəbulu prosesində iştirak etmək
• İnformasiya texnologiyaları resurslarına və sistemlərinə istifadəçi hüquqlarının verilməsi və onların istifadəsinə nəzarətin təşkili
• İnformasiya texnologiyaları infrastrukturu obyektlərinin (o cümlədən informasiya sistemləri və informasiya qorunması vasitələri) həyat dövrünün bütün mərhələlərində (layihələndirilməsi, hazırlanması, tətbiqi, sınaqdan keçirilməsi, qəbulu, istismarı və istismardan çıxarılması) informasiya təhlükəsizliyinin təmin olunması prosesində iştirak etmək


İş şərtləri
• İş vaxtı: I–IV günlər 09:00–18:00, V gün 09:00–17:00
• İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)


Məlumatlandırıcı qeydlər
• Zəhmət olmasa, CV-nizi göndərməzdən öncə iş elanı ilə ətraflı tanış olun.
• Namizədliyin baxılmasında CV forması mühüm rol oynayır. Xahiş edirik, CV-nizi düzgün və peşəkar şəkildə hazırlayın.
• İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.


Namizədə tələblər
• İnformasiya təhlükəsizliyi üzrə məsul şəxs vəzifəsinə informasiya-kommunikasiya texnologiyaları, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə ali təhsilli, ən azı 5 il sığorta, maliyyə və ya rəqəmsallaşdırma sahəsində iş təcrübəsi olan və vətəndaşlıq qüsursuzluğuna malik şəxs
• Dil bilikləri: Azərbaycan (əla), Rus (əla) və ya İngilis (B1)
• İnformasiya-kommunikasiya texnologiyaları, informasiya təhlükəsizliyi və risklərin qiymətləndirilməsi üzrə peşəkar bilik və təcrübə
• İnformasiya Təhlükəsizliyi üzrə beynəlxalq standartlar: ISO/IEC27001:2022, NIST
• Sertifikatlar: CompTIA Security+
• İdarəçilik bacarığı, kollektivdə işləmək qabiliyyəti, qarşısına qoyduğu məqsədlərə çatmaq, işə yaradıcı yanaşma və sığorta şirkətinin bütün strukturları ilə effektiv iş münasibətləri qurmaq bacarığı