940 Daxil ol

Turizm şirkətlərilə iş üzrə mütəxəssis

14.10.2025

Əsas vəzifə öhdəlikləri

• Potensial müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlərin keçirilməsində iştirak etmək.
• Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq.
• Mövcud partnyorlarla birbaşa əlaqələr yaratmaq və onların satışlarına nəzarət etmək.
• Müştərinin ilk müraciət anından onunla işləmək: təqdimat materialları, müşayiət məktubları və izahedici qeydləri hazırlamaq və göndərmək.
• Ərizə formasında təqdim olunan məlumatı təhlil etmək, qiymət üzrə təkliflər hazırlamaq və müraciət edən müştəriyə təqdim etmək.
• Müştəriyə sığorta şərtləri haqqında ətraflı məlumatların əldə edilməsində köməklik göstərmək.
• Şirkətin maraqları çərçivəsində müştərilərlə danışıqlar aparmaq və onları şirkətlə əməkdaşlığa dəvət etmək.


İş şərtləri

• İş rejimi: I–IV günlər 09:00–18:00, V gün 09:00–17:00 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günləri qeyri-iş günləridir).
• Şirkət tərəfindən korporativ nömrə və telefon ilə təmin olunur.
• Şirkət tərəfindən görüşlər üçün sürücü və avtomobil təqdim olunur.
• Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq (əlavə olaraq aylıq bonus nəzərdə tutulur).


Namizədə tələblər

• Təhsil: Natamam ali və ya ali təhsil.
• İş təcrübəsi: Satış və turizm sahəsində təcrübə arzuolunandır.
• Dil bilikləri: Azərbaycan və rus dilləri – sərbəst, ingilis dili – orta səviyyədə.
• MS Office proqramlarında işləmək bacarığı.
• Yaxşı ünsiyyət və komandada işləmək bacarığı.
• Yenilikləri tətbiq etmək və öyrənməyə açıq olmaq.


Müraciət üçün Link-ə keçid edin!