Diqqətinizə çatdırırıq ki, "Rəhbərlə müsahibə" layihəsinin növbəti mərhələsini həyata keçiririk. Bu..
19 350 AZN ödəniş etdik !
06.04.2026
02.03.2026-cı il tarixində Bakı şəhərində "Atəşgah" Sığorta Şirkəti tərəfindən sığortalanmış BMW 530e markalı minik..
19 mart tarixində “Atəşgah” Şirkətlər Qrupu daxilində keçirilən futbol turnirinin qaliblərinin mükafatlandırma mərasimi baş tutub.
19.03.2026
Turnirin qalibi olan Korporativ komandası yarışın əsas mükafatı sayılan kuboku qazanıb. AtəşStar komandası ikinci, Tənzimləmə..
13 mart tarixində Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin təşəbbüsü ilə Milli Hematologiya və Transfuziologiya Mərkəzində talassemiyadan əziyyət çəkən uşaqlar üçün xüsusi tədbir təşkil edildi.
13.03.2026
Şirkətimizin 30 illik yubileyi çərçivəsində həyata keçirilən “30 il - Sonsuz ümid” layihəsi..
Mart ayının 11-də şirkətimizin 30 illik yubiley ili çərçivəsində Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin təşəbbüsü ilə qanvermə aksiyası təşkil olunub.
11.03.2026
Aksiya Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Qan Bankı ilə birgə əməkdaşlıq əsasında həyata keçirilib..
Yük sığortası üzrə sığortanın predmeti nəqliyyatın hər hansı növü ilə daşınan, Sığorta müqaviləsində, yaxud Sığorta şəhadətnaməsində göstərilmiş sığortalanmış yükdür.
Həm beynəlxalq, həm də respublika daxili yük daşınmaları zamanı yük sahibləri çox vaxt gözlənilməz hadisə nəticəsində yükün itkisi və yaxud zədələnməsi ilə ifadə olunan maliyyə itkiləri ilə üzləşirlər .
Bizim şirkətin sığortaladığı risklərə və təhlükələrə aşağıdakılar daxildir.
Yol - nəqliyyat hadisəsi zamanı yükün itirilməsi və yaxud zədələnməsi;
Oğurluq;
Soyuducu qurğunun sınması nəticəsində yükün zay olması;
Yükləmə - boşaldılma işləri zamanı yükün zədələnməsi və yaxud məhv olması;
Daşıma vasitəsinin yüklə bir yerdə itməsi.
Yük sığortası üstünlükləri
Yük sığortası yüklərin avtomobil, su , hava və dəmiryolları vasitəsilə daşındığı zaman baş verə biləcək zərərləri qarşılayır.
Müasir dövrdə tələbin artması səbəbindən müxtəlif məhsulların idxalı və ixracı prosesi gündəlik olaraq baş tutur. Təəssüf ki, tez-tez bu yükdaşımalar zamanı maddi itkilər və zərərlərlə qarşılaşırıq. Müxtəlif səbəblərdən daşınan mallar yolda tam və ya qismən məhv ola bilər.
Məhz buna görə də yükün hər hansı bir ünvana (ölkə daxili və ya xaricə) çatdırılması zamanı yüklərin sığortası zəruridir. Yük sığortası etdirməklə siz, sizə dəyə biləcək maddi zərərlərin qarşısını ala bilərsiniz.
Yük sığortası – yükün daşınması prosesində baş vermiş müxtəlif sığorta hadisələr nəticəsində dəymiş ziyan zamanı yük sahiblərinin əmlak maraqlarının müdafiəsi məqsədi daşıyan əmlak sığortasının bir növüdür.
Yükə dəyən zərər necə müəyyən edilir?
Yükə dəyən zərər ekspert rəyinə əsasən müəyyən edilir.
Sığorta obyektləri hansılardır?
Nəqliyyat vasitəsi növündən asılı olmayaraq,daşınan bütün növ yüklər sığorta obyektidir.
1 yanvar 2026-cı il tarixindən Gürcüstana daxil olan bütün xarici vətəndaşlar ölkədə qaldıqları müddət ərzində qüvvədə olan tibbi sığortaya malik olmalıdırlar.
Qaydalar Gürcüstana turizm, işgüzar və ya tranzit məqsədilə daxil olan bütün xarici vətəndaşlara şamil olunur.
Sığorta təminatının minimum məbləği 30 000 gürcü larisi (GEL) təşkil etməlidir. Sənəd elektron və ya kağız formada təqdim olunmalı, gürcü və ya ingilis dilində tərtib edilməlidir.