940 Daxil ol

3 icbari sığorta növü üzrə 14639 müqavilə bağlanıb

08.06.2015

Bu ilin may ayında daşınmaz əmlakın icbari sığortası üzrə 14294, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 333, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 12 sığorta müqaviləsi bağlanıb. Bu barədə İcbari Sığorta Bürosu xəbər verir.

Daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği 2 milyon 133169 manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 23340 manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 1404 manat təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayı 8,5%, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası müqavilələrinin sayı 2,9%, sərnişinlərin icbari fərdi qəza sığortası müqavilələrinin sayı isə 57% azalıb. Əvəzində daşınmaz əmlakın icbari sığortası ilə bağlı sığorta haqlarının məbləği 73% artıb.

Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 81,34%-i yaşayış evləri və mənzillər, 1,1%-i inzibati binalar, 17,56%-i isə digər daşınmaz əmlakla bağlı olub.

Fins.az