940 Daxil ol

"Atəşgah Həyat" istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə 95 min AZN - dan artıq birdəfəlik ödəniş edib

08.01.2015

“Atəşgah Həyat” Sığorta Şirkəti (SŞ) Azərbaycanda istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə iri sığorta ödənişini həyata keçirib. 

Bu sığorta növü üzrə növbəti ödəniş “Atəşgah Həyat” SŞ tərəfindən Bakıda fəaliyyət göstərən sənaye müəssisələrindən birində çalışan,  istehsalatda aldığı zədə nəticəsində əlillik dərəcəsi almış əməkdaşına verilib.  

 Birdəfəlik sığorta ödənişinin məbləği bağlanılmış müqaviləyə uyğun olaraq 95 139 AZN təşkil edib.

 “Atəşgah Həyat” SŞ həyat sığortası üzrə həyatın müddətli sığortası, yığım sığortası, kredit həyat sığortası, həyatın sağalmaz xəstəliklərdən sığortası, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta xidmətlərini təklif edir.