940 Daxil ol

“Atəşgah” ilk dəfə olaraq bulud əsaslı mühasibat proqramının müştərilər qarşısında daşıdığı məsuliyyəti - Sığortalayıb!

04.11.2021

Azərbaycanın aparıcı sığorta şirkətlərindən olan və ölkənin TOP-2 sığorta şirkətləri siyahısına daxil olan “Atəşgah” Sığorta Şirkəti öz sahəsində yenə də bir ilkə imza atıb. Rəqəmsallaşma istiqamətində sürətlə addımlayan Şirkət ölkədə ilk dəfə olaraq Sığorta sektorunda “TechFin” şirkəti ilə birlikdə, Şirkətin yaratdığı onlayn mühasibat proqramının müştərilər qarşısında daşıdığı məsuliyyəti sığortalayıb.

Şübhəsiz ki, insan faktorunun olduğu hər bir sahədə səhvliklər ola bilər, lakin mühasibatlıq sahəsində aparılmış bir səhv hesablama belə böyük maliyə itkilərinə gətirib çıxara bilər. “TechFin” Şirkətinin təsisçisi və direktoru Hacıağa Hacı bildirib ki, “yanlış qərarların xoşagəlməz fəsadlarından qorunmaq imkanı ilk dəfə olaraq “Atəşgah” Sığorta Şirkəti tərəfindən “TechFin” şirkətinin onlayn mühasibat proqramı layihəsi olan “Hesabat” (www.hesabat.az) üçün yaradılmışdır. Belə ki, Buludda olan müştəri məlumatları sığortalanır. Bu sığorta növü məhsula əlavə bir dəyər qataraq, müştərilərin proqramdan rahat və arxayın şəkildə istifadəsinə zəmin yaradır, sığorta və maliyə/mühasibat sahələrini birlikdə bir ekosistem şəklində birləşdirir”

Dünya təcrübəsində (Zoho,  Moe Delo və s) onlayn mühasibat proqramının istifadəsi zamanı yaranan məsuliyyətlərin sığortası tez-tez rast gəlinən hallardan biridir. Məsuliyyət sığortası çərçivəsində sığortalı tərəfindən üçüncü şəxslərə qəsd olmadan vurulan ziyanın sığorta hesabına ödənilməsi nəzərdə tutulur. Bu sığorta növündə əsas məqsəd – gözlənilməz hallar yarandığı zaman sığortalının əmlak/maliyə maraqlarının müdafiəsidir. 

“Atəşgah” Sığorta Şirkətinə daxil olan müraciət əsasında “TechFin” şirkətinin onlayn mühasibat proqramı sahəsində həyata keçirdiyi xidmətlər zamanı yarana biləcək müəyyən hallar nəticəsində şirkətə dəyə biləcək zərəri qarşılamaq üçün xüsusi sığorta təklifi hazırlanmış və sözügedən şirkətlə əməkdaşlığa başlanılmışdır.

Qeyd edək ki, “HESABAT” - Azərbaycan dilində bulud əsaslı onlayn mühasibat proqramıdır. Bu proqram peşəkar mühasiblər və proqramçılar tərəfindən fundamental qaydada hazırlanan və hər bir istifadəçi tərəfindən güvənlə istifadə oluna biləcək yerli bir proqramdır. Proqramın əsas üstünlükləri kimi bank və ya digər maliyə qurumu ilə inteqrasiya imkanı ilə mühasiblərin işinin dəfələrlə asanlaşmasını, limitsiz sayda istifadəçinin qoşulma imkanının yaradılmasını, müştərilərə proqram üzərindən invoys göndərilməsi imkanının olmasını, proqramın mühasiblərin gündəlik tələbatına uyğun olaraq mütəmadi yenilənməsini və ən əsası isə onlara sadə və rahat iş imkanlarının yaradılmasını qeyd etmək olar.

Siz də kiçik məbləğ ödəyərək üçüncü şəxslər qarşısında yarana biləcək iri maliyə xərclərinə qarşı biznesinizi “Atəşgah” Sığorta Şirkəti ilə sığortalayın! 

Yüksək etibarlılıq imicinə  malik olan “Atəşgah” Sığorta Şirkəti 1996-cı ildən, “Atəşgah Həyat” Sığorta Şirkəti isə 2008-ci ildən fəaliyyət göstərir