940 Daxil ol

“Atəşgah” Instagramda birincidir

04.10.2019

Azərbaycan sığorta bazarının liderlərindən olan “Atəşgah” Sığorta Qrupu insanlar arasında ən populyar sosial şəbəkələrdən olan Instagramda birincidir.

Şirkət instagramda post paylaşımı və izləyici sayına görə ən aktiv sığorta şirkəti olaraq qeydə alınıb. 11 000 izləyici ilə lider mövqeyini qoruyub saxlayan “Atəşgah”-ın Instagram səhifəsində 724 post paylaşılıb.

Qeyd edək ki, “Atəşgah” SQ Facebookda izlənmə sayına görə isə üçüncü yerdədir.

Yüksək etibarlılıq imicinə sahib olan “Atəşgah” SŞ 1996-ci ildə yaranıb. 2003-cü ildə Azərbaycan sığorta şirkətləri arasında ilk olaraq İSO 9001:2000 beynəlxalq standartı üzrə idarəetmə sistemində keyfiyyətə nəzarət üzrə sertifikat almışdır. Şirkət 2014-cü ildən İcbari Sığorta Bürosunun üzvüdür.