940 Daxil ol

“Atəşgah” mart ayında irihəcmli sığorta ödənişləri edib

06.04.2018

Azərbaycanın sığorta bazarının liderlərindən biri olan “Atəşgah” Sığorta Şirkəti 2018-ci ilin mart ayında könüllü avtomobil sığortası və daşınmaz əmlakın icbari sığortası üzrə növbəti iri ödənişlər həyata keçirmişdir.
Belə ki, mart ayı ərzində “Atəşgah” SŞ tərəfindən həyata keçirilmiş ən yüksək məbləğli sığorta ödənişlərindən biri 18,385 AZN təşkil etmişdir. Hacıqabul rayonunda könüllü kasko sığorta növü üzrə sığortalanmış Volkswagen Amarok markalı avtomobil aşma nəticəsində zədələnmişdir. Həmin hadisə nəticəsində müştəriyə dəyən zərər “Atəşgah” SŞ tərəfindən qarşılanmışdır.
“Atəşgah” SŞ tərəfindən həyata keçirilən növbəti iri ödəniş daşınmaz əmlakın icbari sığortası üzrə olmuşdur. Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsində yerləşən, daşınmaz əmlakın icbari sığortası üzrə sığortalanmış əmlak, baş vermiş yanğın nəticəsində zədələnmişdir. “Atəşgah” SŞ həmin hadisə üzrə müştəriyə 15,638 AZN sığorta ödənişi etmişdir.